https://doi.org/10.36719/2706-6185/39/55-67
Bəhruz Orucov
Mərkəzi Avropa Universiteti (CEU)
magistrant
orujov.bahruz@gmail.com
Arbitraj və mülki iddia icraatı:
beynəlxalq qaydalar və Azərbaycan qanunvericiliyi
Xülasə
Qeyd edilməlidir ki, arbitraj ölkəmizdə geniş tətbiq edilməsə də, dünyada mübahisələrin arbitraj məhkəmələrində baxılması daha geniş yayılmış təcrübədir. Bununla əlaqədar, dövlətlər arbitrajla bağlı müvafiq qanunvericilik aktları qəbul etmiş, öz qanunvericiliklərini bu sahədə olan beynəlxalq qanunlara uyğunlaşdırmışlar. Dünya iqtisadiyyatında lider olan iri korporasiyalar və kommersiya subyektləri mübahisələrin həll edilməsində arbitraj məhkəmələrinə müraciət etməyə üstünlük verirlər. Bunun səbəbi arbitraj məhkəmələrində mübahisələrə vaxta qənaət edilməklə, obyektiv və ağlabatan müddət ərzində baxılması ilə əlaqədardır. Eyni zamanda arbitraj məhkəmələri mübahisələrə baxılması tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir və qeyri-dövlət təsisatı olaraq arbitrajda qəbul olunan qərarlara etimad daha yüksəkdir. Eyni zamanda qərarların icrası daha realdır və ağlabatan müddətdə icra edilməsi ehtimalı böyükdür.
Son dövrlərdə Azərbaycan qanunvericiliyi daha təkmilləşdirilir, beynəlxalq tələblərə uyğunlaşdırılır və beynəlxalq təcrübə nəzərə alınır. Son dövrlər qəbul edilmiş belə mütərəqqi qanunlardan biri də 26 dekabr 2023-cü il tarixində təsdiq edilmiş “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunudur (bundan sonra Arbitraj haqqında qanun). Bu qanun Azərbaycan Respublikasında arbitraj məhkəmələri tərəfindən mübahisələrə baxılmasına, məhkəmələrin yardım və nəzarət funksiyalarını həyata keçirməsinə, xarici arbitraj qərarlarının tanınmasına dair münasibətləri tənzimləyir («Arbitraj haqqında» Azərbaycan Respublikasının Qanunu, 2023).
Bu sahənin ölkəmiz üçün yeni olmasına baxmayaraq, arbitrajın ölkəmizdə inkişafı ilə bağlı əməli addımlar atılmaqdadır. Hazırda ölkəmizdə mübahisələrə mülki məhkəmə icraatı qaydasında, daha dəqiq desək, iddia icraatı qaydasında məhkəmələrdə baxılmasına üstünlük verilir. Bu məqalənin məqsədi arbitraj məhkəmələrində mübahisələrə baxılması ilə birinci instansiya məhkəmələrində mübahisələrə baxılmanın oxşar və fərqli xüsusiyyətlərini aşkara çıxarmaq, Arbitraj haqqında qanunun beynəlxalq arbitraj qaydaları ilə əlaqəsini müəyyənləşdirmək, beynəlxalq arbitraj qaydalarının yaranmasının və inkişafının təhlilini aparmaq, eyni zamanda arbitraj məhkəmələrində işə baxılmanın üstün cəhətlərini üzə çıxartmaqdır. Məqalədə BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının arbitraj qaydalarının yaradılması, inkişaf yolu, Azərbaycanın Arbitraj haqqında qanunvericiliyi ilə bağlılıqları aydınlaşdırılacaq, arbitraj və kommersiya məhkəmələrində işə baxılması zamanı həyata keçirilən prosessual hərəkətlərin təhlili aparılmaqla, mübahisəyə baxılmanın nəzəri və praktiki tərəfləri aydınlaşdırılacaq, kommersiya məhkəmələrinin yardım funksiyaları araşdırılacaq. Eyni zamanda arbitraj məhkəmələri tərəfindən qəbul edilmiş məhkəmələr tərəfindən tanınmasının və icra edilməsinin mexanizmlərinə aydınlıq gətiriləcək.
Açar sözlər: arbitraj, arbitr, arbitraj qərarı, ədalət naminə qərar, beynəlxalq arbitraj, arbitraj sazişi, beynəlxalq arbitraj qaydalarının Azərbaycan qanunvericiliyə təsiri, arbitraj və mülki məhkəmə icraatlarının fərqli və oxşar xüsusiyyətləri, məhkəmənin yardım və nəzarət funksiyaları, kommersiya məhkəmələri, arbitraj məhkəmələri, daimi arbitraj təşkilatları, arbitraj icraatında müvəqqəti xarakterli təminat tədbirləri, kollizion normalar, beynəlxalq xüsusi hüquq, arbitraj qərarlarının tanınması və icrası
Bahruz Orujov
Central European University (CEU)
Master student
orujov.bahruz@gmail.com
Arbitration and Civil Litigation:
International Rules and Azerbaijani Legislation
Abstract
It is significant to point out that even though arbitration is not commonly utilized in our country, it is a popular method for settling disputes in arbitration courts internationally. The states have put into effect relevant legal measures on arbitration and adjusted their legislation to comply with international norms in this sector. This is the reason why major companies and business entities, who hold top positions in the global economy, opt for arbitration tribunals to settle disagreements among themselves. This relates to the adjudication of conflicts in arbitration within an objective and practical timeframe, leading to time savings. The selection of arbitration is based on the agreement of both parties, and since it operates separately from the government, there is an increased level of confidence in the outcomes of arbitration. At the same time, decisions are put into effect more realistically, with a significant probability of being enforced within a reasonable timeframe.
In the recent past, Azerbaijani legal framework has been refined to meet international standards and draw from global expertise. The Law on Arbitration of the Republic of Azerbaijan, passed on December 26, 2023, is a notable instance of a progressive legal measure. This legislation in Azerbaijan governs the handling of disputes by arbitration courts, the implementation of court assistance and oversight functions, and the recognition and enforcement of foreign arbitration awards. Despite being a new concept in our country, active measures are being taken to enhance the progress of arbitration within our jurisdiction.
At present, in our country, the prevailing method is to resolve conflicts through litigation, particularly within the judicial system. The primary focus of this article is to highlight the resemblances and divergences in the handling of disputes between arbitration litigation. Furthermore, examining how the Law on Arbitration interacts with international arbitration regulations, and studying the evolution of international arbitration regulations. Simultaneously, to highlight the benefits of examining cases in arbitration tribunals.
The article aims to explain how the arbitration rules of the UN Commission on International Trade Law were set up, their evolution, and their connection to Azerbaijan's Arbitration legislation. Additionally, it will entail analyzing the procedural maneuvers carried out during the case deliberation in arbitration and commercial courts, shedding light on the theoretical and practical dimensions of dispute resolution. Investigation will be carried out on the extra responsibilities of commercial courts. Simultaneously, there will be a clarification of the mechanisms for recognition and enforcement of awards issued by arbitration tribunals by courts.
Keywords: an arbitration, an arbitrator, an arbitral award, ex aequo et bono, an international arbitration, an arbitration award, an influence of international arbitration rules on Azerbaijan legislation, similar and distinct features between arbitration and litigation, an implementation of a court assistance and oversight functions, commercial courts, arbitration courts, permanent organizations of an arbitration, interim measures in an arbitration, conflict of laws, private international law, recognition and enforcement of arbitration awards