https://doi.org/10.36719/2706-6185/40/7-14

Vasif Həziyev 

Azərbaycan Kooperasiya Universiteti

iqtisad elmləri doktoru

1_hvb_1@mail.ru


Müəssisə idarəetməsində strateji menecmentin əhəmiyyəti


Xülasə

Müəssisənin səmərəliliyinin strateji menecment prinsiplərinin əhəmiyyətli dərəcədə fərqlənməsi ida­rəetmə mexanizmlərinin strukturunda və müasir müəssisələrin inkişafında sürətli təkamül də­yişik­likləri ilə əlaqədardır. Bu xüsusiyyətlər gələcəkdə müəssisənin fəaliyyətinin strateji menec­ment prinsiplərinin sayının genişlənməsi ilə müəyyən edilir.

Müəssisənin səmərəliliyinin strateji idarə edilməsi məqsədlərinə nail olmaq mərhələsində səmə­rəlilik və nəticəlilik prinsipi kimi prinsiplər nəzərə alınmalıdır. Müəssisənin strateji idarə edilməsi prosesi həmişə təsərrüfat subyektinin iqtisadi və maliyyə fəaliyyətinin yaxşılaşdırılması ehtiyacını özündə ehtiva etməlidir.

Aparılan araşdırmalar göstərir ki, müasir şəraitdə istənilən müəssisənin təsərrüfat-istehsal fəaliyyətinin səmərəliliyi xeyli dərəcədə strateji menecmentin hansı səviyyədə tətbiq edilməsindən asılı­dır. Ona görə də fəaliyyəti prosesində strateji menecmentin xüsusiyyətlərinin və prinsiplərinin nə­zərə alınması və tətbiqi hər bir müəssisənin qarşısında duran əsas məsələlərdən biri hesab edilmə­lidir. Ancaq nəzərə almaq lazımdır ki, vahid universal strateji menecment olmadığı kimi, bütün müəssisələr üçün vahid strategiya da yoxdur. Ona görə də müəssisədə strateji menecment tətbiq edilərkən müəssisənin fəaliyyət xüsusiyyətləri, potensial imkanları, strateji menecmentin uyğunluq, nə­zarət, mürəkkəblik və səmərəlilik kimi əsas prinsipləri nəzərə alınmalıdır. 

Açar sözlər: müəssisə, strateji menecment, xüsusiyyətlər, tətbiq, təkmilləşdirmə, reallaşdırma


Vasif Haziyev

Azerbaijan Cooperation University

Doctor of Economic Sciences

1_hvb_1@mail.ru


Importance of Strategic Management in Business Management


Abstract

The significant difference in the principles of strategic management of the efficiency of the enterprise is related to the rapid evolutionary changes in the structure of management mechanisms and the development of modern enterprises. These features are determined by the expansion of the number of strategic management principles of the enterprise's activity in the future.

At the stage of achieving the goals of strategic management of the efficiency of the enterprise, principles such as the principle of efficiency and effectiveness should be taken into account. The process of strategic management of the enterprise should always include the need to improve the economic and financial performance of the business entity.

The conducted studies show that in modern conditions, the efficiency of economic and production activities of any enterprise depends to a great extent on the level of strategic management. Therefore, considering and applying the characteristics and principles of strategic management in the process of its activity should be considered one of the main issues facing every enterprise. However, it should be taken into account that there is no single universal strategic management, and there is no single strategy for all enterprises. Therefore, when applying strategic management in an enterprise, the enterprise's operational characteristics, potential opportunities, the 


 

main principles of strategic management such as compatibility, control, complexity and efficiency should be taken into account.

Keywords: enterprise, strategic management, features, implementation, improvement, realization

MƏQALƏNİ YÜKLƏ [534.29 Kb] (yüklənib: 7)

Baxış: 39
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az