https://doi.org/10.36719/2706-6185/40/25-30

Aygün Əhmədova

Gəncə Dövlət Universiteti

 filologiya üzrə fəlsəfə doktoru

aygun.medetqizi@mail.ru


Mollanəsrəddinçi şair Mirzə Məhəmməd Axundov


Xülasə

XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ictimai, mədəni, ədəbi-bədii mənzərəsinin daha dərindən və əhatəli şəkildə mənimsənilərək dərk edilməsi naminə Mirzə Məhəmməd Axundovun həyat, fəaliyyət və ədəbi-bədii yaradıcılıq yolunun hərtərəfli araşdırılması məsələsi milli ədəbiyyat­şünaslığın qarşısında aktual vəzifələrdən biri kimi durmaqdadır.

Mirzə Məhəmməd Axundovun məqalə və felyetonlarında, folklor toplamalarında olduğu kimi, şeirlərində də dövrün mühüm aktual problemləri qaldırılmışdır. Burada siyasi-ideoloji təxribatlar, erməni fitnəsi, onların törətdikləri qırğınlar, maarif, məktəb, təlim və tərbiyə məsələləri fəal vətəndaş, ziyalı təəssübkeşliyi ilə işıqlandırmışdır.

Araşdırmalardan məlum olur ki, elmi ədəbiyyatda da göstərildiyi kimi, Mirzə Məhəmməd Axundovun qızğın ictimai-mədəni və ədəbi fəaliyyəti haqqında hələ XX əsrin əvvələrindən dövrün ayrı-ayrı mətbu orqanlarında, ədibin öz kitablarının üz qabıqlarında və s. onun hər hansı mədəni tədbirdə iştirakı, orijinal və tərcümə əsərlərinin çapa hazır olması və ya çapdan çıxması haqqında müəyyən məlumatlar verilmişdir. Həmin məlumatlar Mirzə Məhəmmədin ictimai-mədəni və ədəbi fəaliyyətinin öz sağlığında da ictimaiyyətin daim diqqət mərkəzində olması haqqında təəssürat yaradır.

Açar sözlər: şair, milli, mətbuat, cəmiyyət, şeir, müəllif, qəzet


Aygun Ahmadova

Ganja State University

 Doctor of Philosophy in Philology

aygun.medetqizi@mail.ru


Mollanasraddinist Poet Mirza Mahammad Akhundov


Abstract

In order to gain a deeper and comprehensive understanding of the social, cultural, literary and artistic landscape of Azerbaijan at the end of the 19th century and the beginning of the 20th century, Mirza Muhammad Akhundov’s issue of a comprehensive investigation of the life, activity and literary and artistic creative path is one of the urgent tasks before the national literary studies.

In Mirza Mahammad Akhundov's articles and feuilletons, folklore collections, as well as in his poems, important topical issues of the time were raised. Here, political-ideological provocations, Armenian sedition, massacres caused by them, education, school, training and upbringing issues were illuminated with the fanaticism of an active citizen and intellectual.

It is known from the researches that, as shown in the scientific literature, Mirza Muhammad Akhundov's active social, cultural and literary activities were reported from the beginning of the 20th century in different periodicals, on the covers of the writer's own books, etc. certain information is given about his participation in any cultural event, original and translated works being ready for publication or out of print. These data create the impression that Mirza Muhammad's social, cultural and literary activities were always in the center of attention of the public even during his lifetime.

Keywords: poet, national, press, society, poetry, author, newspaper

MƏQALƏNİ YÜKLƏ [488.8 Kb] (yüklənib: 2)

Baxış: 26
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az