https://doi.org/10.36719/2706-6185/40/85-88
Yunis Nəsibli
Bakı Biznes Universiteti
magistrant
yunisnesiboff2608@gmail.com
Xərclərin uçotu və audit qiymətləndirilməsi
Xülasə
Müəssisədə gəlirlərin və xərclərin uçotunun təkmilləşdirilməsi yönündə müasir zamanın tələblərinə uyğun olaraq bir sıra işlər aparılır. Keçmiş sözü gedən metodların zamanla öz funksiyasını yerinə yetirə bilməməsi, aktuallığını itirməsi, dünyada yeni anlayışların və yeni fenomenlərin yaranması da yeni növ uçot prosedurlarının yaranmasına və inkişafına öz təsirini göstərməkdədir. Bu zaman müəssisənin fəaliyyət sahəsindən, istehsal etdiyi məhsullardan və ya xidmət növlərindən asılı olaraq, hər bir müəssisəyə görə spesifik fərqliliklər də nəzərə çarpır.
Məqalədə qarşıya qoyulan suallar cavablandırılmışdır. Bu zaman xərclərin və gəlirlərin bir əlamətlərinin ayrıca təhlili aparılmış və bu spektorda məlumatlar verilmişdir. Əgər gəlirlərin, pul vəsaitlərinin defisiti baş verərsə, bu özlüyündə çox böyük neqativ hallara gətirib çıxarır. Bu zaman bütövlükdə müəssisələr öz öhdəliklərini icra edə bilmirlər. Gəlirlərin müasir dövrdə aktuallığını araşdırmaq üçün onların çatışmadığı zaman hansı neqativ hallar yaratmasına diqqət yetirmək də lazımdır.
Açar sözlər: tələb, qiymət, xərclər, maya dəyəri, təklif, kalkukyasiya
Yunis Nasibli
Baku Business University
Master student
yunisnesiboff2608@gmail.com
Cost Accounting and Audit Evaluation
Abstract
In the enterprise, a number of works are being carried out in accordance with the requirements of modern times in order to improve the accounting of income and expenses. The failure of the previously mentioned methods to fulfill their function over time, their loss of relevance, the emergence of new concepts and new phenomena in the world also have an impact on the creation and development of new types of accounting procedures. At this time, depending on the field of activity of the enterprise, the products it produces or the types of services, specific differences are noticeable for each enterprise.
The questions raised in the article have been answered. At this time, a separate analysis of some indicators of expenses and income was carried out and information was given in this spectrum. If there is a deficit of incomes and funds, this in itself leads to very large negative situations. At this time, enterprises as a whole cannot fulfill their obligations. In order to examine the relevance of income in modern times, it is also necessary to pay attention to what negative situations it creates when it is lacking.
Keywords: demand, price, costs, cost, offer, calculation