DOI: https://doi.org/10.36719/2707-1146/38/18-22
Humay Həsənova
Azərbaycan Tibb Universiteti
magistrant
humayhasanova25@gmail.com
Gülnarə Əzizova
Azərbaycan Tibb Universiteti
biologiya elmlər doktoru
gulib18@mail.ru
OSTEOPOROZ ZAMANI MİNERAL MÜBADİLƏSİNİN KOMPONENTLƏRİ
Xülasə
Cəmiyyət üçün əhəmiyyətli bir yük sayılan osteoporoz son illər səhiyyənin aktual bir problemi olub, tədqiqatçıların diqqətini cəlb etməkdədir. Skelet sisteminin geniş yayılmış metabolik mənşəli xəstəliyi sayılan osteoporozun yayılma tezliyi yaş artdıqca artır. Ürək-damar sistemi xəstəlikləri, onkoloji xəstəliklər və şəkərli diabetdən sonra dördüncü yer tutan osteoporozun erkən diaqnostikası əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına gətirib çıxarır. Osteoklastlar ilə osteoblastlar arasında balansın pozulması qanda və sidikdə olan biokimyəvi sümük dövriyyəsi markerlərinin miqdarının dəyişilməsinə səbəb olur ki, bu maddələr osteoporoz zamanı mühüm əhəmiyyət kəsb edir. Bu maddələrə əsasən mineral mübadiləsinin əsas komponentlərini və hormonları aid etmək olar. Təqdim olunan məqalədə sümük sıxlığının dəyişilməsində mühüm rol oynayan biokimyəvi markerlər haqqında ətraflı məlumat verilmişdir.
Açar sözlər: osteoporoz, osteoklast, osteoblast, kalsium, fosfor, maqnezium, D vitamini, parathormon
Humay Hasanova
Azerbaijan Medical University
master student
humayhasanova25@gmail.com
Gulnara Azizova
Azerbaijan Medical University
doctor of biological sciences
gulib18@mail.ru
Components of mineral metabolism during osteoporosis
Abstract
Osteoporosis, which is considered a significant burden for society, has been an actual health problem in recent years and is attracting the attention of researchers. The prevalence of osteoporosis, which is considerd as a widespread metabolic disease of the skeletal system, increases with age. Early diagnosis of osteoporosis, which ranks fourth after cardiovascular diseases, oncological diseases and diabetes, leads to improvement of the life quality of population. An imbalance between osteoclasts and osteoblasts leads to changes in the amount of biochemical markers of bone turnover in blood and urine, which are important in osteoporosis. These substances include the main components of mineral metabolism and hormones. The presented article provides detailed information about biochemical markers that play an important role in bone density changes.
Keywords: osteoporosis, osteoclast, osteoblast, calsium, phosphorus, magnesium, vitamin D, parathormone