DOI: https://doi.org/10.36719/2707-1146/38/78-83
Şəfəq Orucova
Naxçıvan Dövlət Universiteti
doktorant
safaq.aliyeva.82@mail.ru
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ SELİTEB KOMPLEKSLƏRİ,
ONLARIN İNKİŞAF DİNAMİKASI VƏ LANDŞAFTLARA TƏSİRİ
Xülasə
Məqalədə Naxçıvan Muxtar Respublikasındakı mövcud təsərrüfat sahələrindən danışılır. Həmin təsərrüfat sahələrinin Naxçıvan ərazisində qədim tarixə malik olması və bilavasitə məskunlaşma ilə bağlılığı göstərilir. XX əsrdə əvvəlki dövrlərə nisbətən əhali artımının sürətlənməsi, bir tərəfdən selitep komplekslərin artmasına, digər tərəfdən, daha geniş ərazilərdə torpaqların kənd təsərrüfatı məhsulları istehsalına cəlb edilməsinə səbəb olmuşdur. Bölgədə torpaqların keyfiyyətinin yaxşılaşdırılması sahəsində aqromeliorativ tədbirlər görülməsinə ehtiyac vardır. Geniş ərazilərin kənd təsərrüfatı üçün yararsız torpaqlara çevriməsi təbii landşaftların transformasiyasına səbəb olur. Həmin ərazilərin, ilk növbədə, bitki örtüyü və heyvanat aləmi, tədricən isə torpaq örtüyü dəyişilməyə məruz qalır.
Məqalədə qeyd olunur ki, selitep komplekslər yerləşdiyi fiziki-coğrafi regionun müvafiq məhəlli tipi ilə sıx əlaqədar olaraq formalaşır. Yaşayış məntəqələrinin formalaşması prosesində təbii landşaft insanların yaşayışı və istehsal ehtiyatı kimi qiymətləndirilir. Buna görə də insan cəmiyyəti inkişaf etdikcə yeni-yeni landşaft tiplərini mənimsəyir və antropogen fəaliyyətini genişləndirərək onun strukturunu dəyişdirir.
Açar sözlər: seliteb komplekslər, landşaft, antropogen, torpaq, inkişaf dinamikası
Shafag Orujova
Nakhchivan State University
PhD student
safaq.aliyeva.82@mail.ru
Seliteb complexes of Nakhchivan Autonomous Republic, their development
dynamics and impact on landscapes
Abstract
The article talks about the existing farms in the Nakhchivan Autonomous Republic. It is shown that these farms have an ancient history in the territory of Nakhchivan and are directly related to settlement. In the 20th century, the acceleration of population growth compared to previous periods, on the one hand, led to the increase of selitep complexes, and on the other hand, the involvement of land in larger areas for the production of agricultural products. There is a need to take agromelioration measures in the field of improving the quality of soils in the region. The transformation of large areas into land unsuitable for agriculture leads to the transformation of natural landscapes. First of all, the flora and fauna of those areas, and gradually the soil cover, are subject to change.
It is mentioned in the article that selitep complexes are formed in close connection with the corresponding neighborhood type of the physical-geographical region where they are located. In the process of settlement formation, the natural landscape is valued as a resource for people's living and production. Therefore, as human society develops, it adopts new landscape types and changes its structure by expanding anthropogenic activity.
Keywords: seliteb complexes, landscape, anthropogenic, soil, development dynamics