“Təbiət və Elm” il ərzində 12 dəfə olmaqla Azərbaycan və ingilis dillərində tibb və əczaçılıq elmləri, biologiya və aqrar elmlər, kimya, yer elmləri və coğrafiya bölmələri üzrə orijinal və yüksək keyfiyyətli elmi məqalələr dərc edən resenziyalı, açıq girişli beynəlxalq elmi jurnaldır.
Jurnal elmi ictimaiyyət, alimlər, müvafiq elm sahələri üzrə mütəxəssislər, doktorantlar, magistrantlar, müəllimlər, uyğun ixtisaslar üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.
Jurnalın məqsədi
Jurnalın məqsədi beynəlxalq elm aləmində aparılan elmi araşdırma və tədqiqatları həm onlayn, həm də çap şəklində dərc edərək dünya miqyasında təbliğ etməkdir. Bu ali məqsədə çatmaq üçün amalımız elm sahəsində mövcud olan beynəlxalq tələb və standartlara uyğun olaraq fəaliyyət göstərməkdir.
Mövzu sahələri
- Tibb və əczaçılıq elmlər
- Biologiya və aqrar elmlər
- Kimya
- Yer elmləri və coğrafiya