DOI: https://doi.org/10.36719/2706-6185/28/42-46
Yeganə Məmmədova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
pedaqogika üzrə fəlsəfə doktoru
yeganememmedova.doc@gmail.com
MƏŞĞƏLƏLƏRDƏ UŞAQLARIN NİTQİNİN İNKİŞAF ETDİRİLMƏSİNDƏ
FƏAL TƏLİM METODLARINDAN İSTİFADƏ
Xülasə
Uşaqların təfəkkür səviyyəsini müəyyənləşdirməkdə və onun inkişaf yolunu təmin etməkdə ana dili tədrisinin ümumi təlim sistemində rolu son dərəcə böyükdür. Ana dili məşğələlərində uşaqlar biliklər əsasında fikir mübadiləsi keçirir, öz fikirlərini düzgün, aydın, səlis ifadə etmək üçün müvafiq sözlər axtarır, tapdıqları sözləri fəal lüğətlərində işlətməyə çalışırlar. Fəal təlim metodları məktəbəqədər yaşlı uşaqların nitqinin inkişaf etdirilməsi üçün ən yaxşı texnologiyadır. Bu o deməkdir ki, uşaqlar təlim prosesində passiv deyil, konkret materiallarla və əhatəsində olan insanlarla fəal, qarşılıqlı ünsiyyətdə olurlar.
Fəal təlim metodları üzərində qurulan məşğələ ənənəvi məşğələlərdən fərqlənir. Bu məşğələlər uşaqların sərbəst şəraitdə fəaliyyət göstərməsinə imkan yaradır və bu zaman onlar özlərinin bütün bilik, bacarıq və istedadlarını nümayiş etdirə bilmək imkanı əldə edirlər. Məşğələlərdə fəal təlimin üstünlüklərinə baxmayaraq, tərbiyəçi ənənəvi metodlardan istifadəsindən tam imtina etməməlidir. Təlimin məqsədindən, məzmunundan, uşaqların hazırlığından asılı olaraq müəllim öz seçimini etməlidir.
Açar sözlər: fəal təlim, məşğələ, interaktiv, ənənəvi, metod
Yegana Mammadova
Azerbaijan State Pedagogical University
PhD in Pedagogy
yeganememmedova.doc@gmail.com
Use of active teaching methods in the development of children's speech in lessons
Abstract
The role of mother tongue teaching in the general education system is extremely important in determining the level of thinking of children and ensuring its development path. In mother tongue classes, children exchange ideas based on their knowledge, look for appropriate words to express their ideas correctly, clearly, and fluently, and try to use the words they find in their active vocabulary. Active learning methods are the best technology for developing the speech of preschool children. This means that children are not passive in the learning process, but actively interact with concrete materials and people around them.
Training based on active learning methods differs from traditional training. These exercises allow children to act freely, and at this time they have the opportunity to demonstrate all their knowledge, skills and talents. Despite the advantages of active learning in classes, the educator should not completely abandon the use of traditional methods. The teacher should make his choice depending on the purpose, content and preparation of the children.
Keywords: active learning, exercise, interactive, traditional, method