Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/44/388-391

Tura Quliyeva

Azərbaycan Universiteti

https://orcid.org/0009-0009-4224-025X

tura.guliyeva@student.au.edu.az

 

Neft və qazçıxarma şirkətlərinin informasiya təhlükəsizliyinə təhdidlər

 

Xülasə

Hücumlar və daxili təhdidlər şirkətin həm maddi, həm də qeyri-maddi aktivlərini risk altında qoyur. Avadanlıqlarla bağlı problemlər istehsal prosesini dayandırmaq və ətraf mühiti çirkləndirmək təhlükəsi yaradır ki, bu da milyonlarla dollar itki ilə nəticələnir və ictimai etirazların artmasına səbəb olur. Qlobal və milli iqtisadiyyatlar üçün kritik əhəmiyyətinə görə kibertəhlükəsizlik neft və qaz sənayesi üçün əsas prioritetdir. Sənayenin rəqəmsal transformasiyası tam sürətlə davam edir. IoT cihazları, ötürülən məlumatların həcmi, yeni İT həllərinin inteqrasiyası və avtomatlaşdırılmış proseslərə nəzarət sistemləri kibertəhlükəsizlik təhdidlərinin artmasına səbəb olur. Sənaye müəssisələrinin aktivləri həm kibercinayətkarlar, həm də ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən getdikcə daha çox mürəkkəb hücumların hədəfinə çevrilir. Hücuma məruz qalan şirkət istehsalın dayanması, avadanlıqların zədələnməsi, daxili xidmətlərin pozulması və məlumat sızması ilə üzləşə bilər. Buna görə də, informasiya aktivlərinin mühafizəsi üzrə standart tədbirlərlə yanaşı, avtomatlaşdırılmış proseslərə nəzarət sisteminin təhlükəsizliyini təmin edən tədbirlər də nəzərdən keçirilməlidir.

Açar sözlər: kibertəhlükəsizlik, sənaye müəssisələri, neft və qaz sənayesi, hücumlar


Baxış: 86