Arxiv
Qədim diyar 2024
İlkanə Rabil qızı Əmirova
Bakı Dövlət Universiteti
dissertant
ilkanaamirova@yahoo.com
QƏDİM İNGİLİS DİLİNDƏ “MEŞƏ” SÖZÜNÜN İŞLƏNMƏ YERİ VƏ FORMALARI
Xülasə
Məqalədə meşə konseptinin linqvistik mahiyyəti, qədim ingilis dilində meşə sözünün işlənmə yeri və formaları haqqında məlumat verilir. Məqalədə göstərilir ki, meşə anlayışlı sözlər digər dillərdə olduğu kimi, qədim ingilis dilində də işlənmişdir. Bu da təbii idi, çünki meşə məfhumu insan üçün ilk məfhumlardan biri olmuşdur. Həmin amilə görə meşə konseptini insan təfəkküründə baza konseptlərdən hesab etmək olar. İngilis dilində meşə semantikasını ifadə edən sözləri müxtəlif metaforik modelləri mövcuddur. Bu metaforik modellərin çoxluğu meşə sözünün nominativ funksiyalardan əlavə olaraq, poetik funksiyalarının da çoxluğunu sübut edir, meşə konseptinin periferiyalarının zənginliyini göstərir. Meşə konsepti ilə bağlı olaraq ingilis dilinə aid mətnlərdəki mövcud empirik materiallar bu konseptin aktuallığını göstərir. Meşə konseptinin mental fenomenliyi ondadır ki, bu konsept struktur baxımdan nüvə və periferiyalarının çoxaspektliliyi ilə diqqəti cəlb edir. Meşə konseptinin prezentasiyalarında müxtəlif obrazların kontaminasiyası müşahidə olunur. Bu baxımdan ingilis linqvokulturologiyasında meşə ən mühüm konseptlərdən biri hesab oluna bilər. İngilis linqvokulturologiyasında meşə konseptinin reprezentasiyası həm leksemlər, həm də sintaktik vahidlər və sintaktik konstruksiyalar şəklində reallaşır.
Açar sözlər: koqnitiv dilçilik, meşə, konsept, qədim ingilis dili, leksem, reprezentasiya
Ilkana Rabil Amirova
Baku State University
dissertatist
ilkanaamirova@yahoo.com
Location and forms of the word “forest” in old English
Abstract
The article provides information about the linguistic essence of the concept of forest, the place and forms of the word forest in Old English. The article shows that words with the concept of forest were used in Old English as well as in other languages. This was natural, because the concept of forest was one of the first concepts for man. Due to that factor, the forest concept can be considered one of the basic concepts in human thinking. There are various metaphorical models of words expressing forest semantics in English. The abundance of these metaphorical models proves the abundance of poetic functions of the word forest in addition to the nominative functions, and shows the richness of the periphery of the forest concept. Regarding the forest concept, the existing empirical materials in the English language text show the relevance of this concept. The mental phenomenality of the forest concept is that this concept attracts attention with the multifaceted nature of its core and periphery from a structural point of view. In the presentations of the forest concept, the use of various images is observed. From this point of view, the forest can be considered one of the most important concepts in English linguistics and culture. The representation of the forest concept in English linguistics and culture is realized in the form of both lexemes and syntactic units and syntactic constructions.
Keywords: cognitive linguistic, forest, concept, old English, lexeme, representation
Baxış: 631