Cavadxan Yusif oğlu Qasımov
Naxçıvan Dövlət Universiteti
iqtisad üzrə fəlsəfə doktoru, dosent
cavadxan.yusifoglu@ndu.edu.az

QARABAĞ İQTİSADİ RAYONUNUN BƏRPA OLUNMASI DAVAMLI
İQTİSADİ İNKİŞAF GÖSTƏRİCİSİDİR

Xülasə
Məqalədə, Azərbaycan Respublikasının milli iqtisadiyyatının uzunmüddətli perspektivləri müstəvisində olan tədbirlərdən söz açılmışdır. Bu sahədə, 44 günlük Vətən mübaribəsində Zəfər qazanan ölkəmizin işğaldan azad olunan ərazilərin bərpa və abadlaşdırma işlərindən bəhs olunmuşdur. Qeyd olunmuşdur ki, milli iqtisadiyyat üçün həmin əraizlərin iqtisadi potensialı böyükdür və xüsusilə də, bu sahədə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları zəruri əhəmiyyətə malik olacaq. İstər hüquqi, istərsə də, iqtisadi sahələr üzrə həyata keçirilən tənzimləmələrlə işğaldan azad olunan bütün ərazilər kimi Qarabağ iqtisadi rayonunun da makroiqtisadi prioritetlərin reallaşmasındakı rolunun artması barəsində bəhs olunmuşdur. Eyni zamanda, göstərilmişdir ki, Qarabağ, hazırda ərazilərin minalardan təmizlənməsi, bərpa-quruculuq işlərinin başlanması, sağlam və etibarlı yaşayış üçün infrastruktur təminatının yaradılması ilə yenidən qurulmaqdadır. Məhz bu mənada, Qarabağda investisiya layihələrinin reallaşmasından, ağıllı şəhər təsisatlarının yaradılmasından və nəticə etibarı ilə daha abad bir ərazinin formalaşmasından bəhs olunmuşdur. Məqalədə aparılan təhlillər diaqramlar və cədvəllərlə təqdim olunur.
  Açar sözlər: Qarabağ iqtisadyyatı, ağıllı şəhər, iqtisadi rayon, uzunmüddətli perspektivlər, makroiqtisadi inkişaf 

Cavadkhan Yusif Gasimov 

Nakhchivan State University

PhD in economics

cavadxan.yusifoglu@ndu.edu.az


The restoration of the Karabagh economic region is an indication of
 continuous economic development
Abstract
The article talks about the measures in the long-term prospects of the national economy of the Republic of Azerbaijan. In this area, the restoration and improvement works of the territories freed from occupation of our country, which won Victory in the 44-day Patriotic War, were discussed. It was noted that the economic potential of those regions is great for the national economy, and in particular, in this area, the economic regions of Karabakh and Eastern Zangezur will be of necessary importance. It was discussed about the increase of the role of the Karabagh economic region in the realization of macroeconomic priorities, as well as all territories freed from occupation by the regulations implemented in both legal and economic fields. At the same time, it has been shown that Karabagh is currently being reconstructed by cleaning the territories from mines, starting restoration and construction works, and creating infrastructure provision for healthy and safe living. In this sense, the implementation of investment projects in Karabagh, the creation of smart city institutions and, as a result, the formation of a more prosperous area were discussed. The analyzes carried out in the article are presented with diagrams and tables.
  Keywords: Karabagh economy, smart city, economic region, long-term perspectives, macroeconomic development




Baxış: 428