Səadət Məmməd qızı Bayramova
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
filologiya üzrə fəlsəfə doktoru
seadet19710214@gmail.com

ƏZİZƏ ƏHMƏDOVANIN UŞAQ HEKAYƏLƏRİNİN ƏSƏRLƏRİNİN 
DİDİAKTİK ƏHƏMİYYƏTİ

Xülasə
Əzizə Əhmədovanın hekayələri, təmsilləri, uşaq ədəbiyyatı ilə bağlı apardığı təhlil yazıları mövzu və mündəricəsi, sərgilədiyi yaradıcı intelleksiyası ilə sırf etnik mədəniyyət kutsallıqlarının gələcək nəslə aşılanmasına hesablanır. Məlum olduğu kimi, uşaq fantaziyası və onun ucu-bucağı görünməyən maraq dairəsi bütün aspektləri ilə həyatı öyrənməyə, görüb-müşahidə etdiklərini dərkə yüklənir. Bunların isə bir bütöv və yüksək peşəkarlıqla bədii fakta çevrilməsi yaradıcıdan yüksək səriştə və bacarıq tələb edir.Uşaq yazıçısı olmağın çətinlikləri bu kontekstdə həm də uşaq qəlbinin mütəxəssisi olmağa bağlanır. Məqalədə Əzizə Əhmədovanın uşaqlar üçün yazdığı nəsr əsərləri araşdırılaraq geniş aspektdə təhlilə cəlb edilir.
Açar sözlər: Əzizə Əhmədova, nəsr, didaktika, uşaq ədəbiyyatı, hekayə

Saida Alaskar Ahmadova
ANAS Institute of Literature named after Nizami Ganjavi
Ph.D. in Philology
seadet19710214@gmail.com

Children's stories of Aziza Ahmadova the didactic significance of his works 
Abstract
Aziza Ahmadova's analysis of stories, representations, and children's literature is aimed at instilling ethnic cultural sanctities to the next generation with the content and content and her creative intellect. As is well known, children's fantasy and its infinite range of interests are charged with learning about life in all its aspects, understanding what they see and observe. Turning these into a whole and highly professional artistic fact requires high competence and skill from the creator. The challenges of being a children's writer, in this context, are also tied to being an expert on children's hearts. In the article, the prose works written by Aziza Ahmadova for children are analyzed in a broad aspect.
Keywords: Aziza Ahmadova, prose, didactics, children's literature, story

Baxış: 532