DOI: https://doi.org/10.36719/2706-6185/16/25-31
Fərid Orucəli oğlu Əliyev
Azərbaycan Turizm və Menecment Universiteti
magistrant
eliyevf2405@gmail.com

“AĞILLI ŞƏHƏR” VƏ “AĞILLI KƏND” SALMANIN BEYNƏLXALQ TƏCRÜBƏSİ

Xülasə
Məlumdur ki, kəndlərdən şəhərlərə artan miqrasiya nəticəsində şəhərlər bir çox fərqli problem- lərlə üzləşirlər. Bu problemlərə əsas tələbat gündəlik məişət təlabatlarının kəskin çatışmazlığı, ekoloji böhranlara və kritik həddə çatan çirklənmə səviyyəsi daxildir. “Ağıllı Şəhər” və “Ağıllı Kənd” layihələri insanların həyat keyfiyyətinə təsir göstərir. Xüsusilə “Ağıllı kənd” sistemi kənd yerlərində uzaqlıq və əhalinin sıxlığı ilə bağlı yaranan maneələrin aradan qaldırılmasına şərait yaradır. “Ağıllı kənd” layihələrində bölgənin iqtisadi imkanlarının, infrastruktu- runun, orada göstəriləcək xidmətlərin və idarəetmə sisteminin yaxşılaşdırılması, yeni imkanların yaradılması nəzərdə tutulur. Bu layihələr informasiya-kommunikasiya texnologiyalarının (İKT) potensialından tam istifadəyə əsaslanır. İKT “Ağıllı şəhər” təşəbbüslərinin əsas hərəkətverici qüvvəsidir.
Açar sözlərAğıllı şəhər, Ağıllı kənd, layihə, miqrasiya, mobil əlaqə, İKT 

Farid Orujali Aliyev
Azerbaijan University of Tourism and Management
master
eliyevf2405@gmail.com


International experience of “Smart village” and “Smart city” planning 
Abstract
It is known that many different difficulties are experienced in cities as a result of increasing migration from rural to urban areas. These problems include severe shortages of basic household goods, environmental crises, and pollution levels reaching critical levels. "Smart city" and "Smart village" projects affect the quality of life of citizens. In particular, the "smart village" system creates conditions for eliminating obstacles caused by long distance and population density in rural areas. The "Smart Village" projects envisage the improvement of the region's economic opportunities, infrastructure, services and management system, and the creation of new opportunities. These projects are based on the full use of the potential of information and communication technologies (ICT). ICT is the main driving force of Smart City initiatives.
Keywords:Smart city, Smart village, project, migration, mobile communication, ICT

Baxış: 331