DOI: https://doi.org/10.36719/2706-6185/33/61-64

Günay İsmayılova  

Naxçıvan Dövlət Universiteti

ismayilovag670@gmail.com


MUSİQİ TƏLİMİNİN TƏRBİYƏEDİCİ İNKİŞAFI


Xülasə

Pedaqogikanın əsas prinsiplərindən biri təlimin tərbiyəedici prinsipidir. Musiqi pedaqogikasının öyrəndiyi sahələrdən biri də tərbiyə problemləridir. Başqa sözlə desək musiqinin imkanlarından, təsir gücündən, bədii ifadə vasitələrindən istifadə edərək musiqi vasitəsilə uşaqların həm də tərbiyəsinə, daha dəqiq desək bədii tərbiyəsinə nail olmaqdır. Bu tərbiyə isə estetik tərbiyənin tərkib hissələrindən biri olan tərbiyədir. Musiqi tərbiyəsi ifadəsinin geniş yayılma səbəblərindən biri də çoxlarının ümumiyyətlə musiqi tərbiyəsinin mahiyyətini, məqsəd və vəzifələrini lazımınca düzgün başa düşməmələridir. Məhz elə bunun nəticəsidir ki, hətta musiqi pedaqogikası sahəsində çalışan bir çoxları musiqi təlimi, musiqi təhsili, musiqi qabiliyyəti, musiqi bacarıq və vərdişləri və s. bu kimi musiqi terminlərinin daşıdığı mənanı lazımınca dərk etmirlər. Musiqi vasitəsilə tərbiyə musiqi təlimi və musiqi təhsili prosesində milli, eləcə də bəşəri musiqidən müxtəlif formalarda istifadə yolu ilə uşaqlara nəcib mənəvi sifətlər aşılamaq, onların musiqi haqqında lazımi məlumata, bilik, bacarıq və vərdişlərə yiyələnmələridir. Təlim prosesində fənnin və keçdiyi mövzunun imkanları dairəsində şagirdlərə xalqlar dostluğu, vətənpərvərlik hissləri aşılamalı, onları vətənə layiq insanlar kimi tərbiyə etməlidir. Musiqi əsərlərinin düzgün seçilməsi, onların ideyasının tərbiyənin məqsədinə uyğun olması musiqi dərslərinin tərbiyəedici rolunun artırılmasında mühüm məsələdir. Məktəblilərin tərbiyəsi prosesində istifadə olunan musiqi materialı Azərbaycan bəstəkarlarının mahnılarından, klassik bəstəkarların əsərlərindən və xalq musiqisindən ibarətdir.

Açar sözlər: musiqi təlimi, musiqi dərsləri, melodiya, mahnı, musiqi əsərləri, tərbiyəedici xarakter, musiqi alətləri


Gunay Ismayilova 

Nakhchivan State University

ismayilovag670@gmail.com

                             

Educative development of music education


Abstract

One of the main principles of pedagody is the educational principle of training. One of the areas studied by music pedagogy is educational problems. In other words, by using the possibilities and influence of music as means of artistic expression, it is to achieve the education of children through music, or more precisely, artistic education. This education is one of the components of aesthetic education. One of the reasons for the widespread use of the term music education is that many people do not understand the essence, goals and tasks of music education in general. It is the result of this that even many people working in the field of music pedagogy do not properly understand the meaning of music terms such as music training, music education, musicial ability, musical skills and habits, etc. Education through music in the process of music training and music education is to inculcate noble moral qualities in children through the use of national and human music in various forms. It is their acquisition of necessary information, knowledge, skills and habits about music. In the training process, students should be instilled with the feelings of friendship and patriorism within the scope of the subject and the subject they are studying, and should educate them as people worthy of their homeland. The correct selection of musical works, their idea matching the purpose of education is an important issue in increasing the educational role of music lessons. The musical material used in the process of education of schoolchildren consists of songs by Azerbaijani composers, works of classical composers and folk music.

Keywords: music training, music lessons, melody, song, musical works, educational character, musical instruments


Baxış: 328