https://doi.org/10.36719/2706-6185/39/23-27

Malahat Abdullayeva

Azerbaijan State Pedagogical University

Doctor of Philosophy in Pedagogy

azeriteacher@yahoo.com

https://orcid.org/0000-0002-2228-1224


Organization Methodology of Diagnostic Assessment in 

Mathematics Lessons


Abstract

In-school assessment in secondary schools is carried out using diagnostic, formative, and summative assessment types. 

The article talks about the diagnostic type of in-school evaluation, the methods and tools used, and the technology of their organization. Diagnostic assessment is a preliminary assessment that allows the teacher to determine the strengths and weaknesses of students, and the current state of their knowledge and skills. This evaluation is carried out at the beginning of the school year, the first and second semesters, at the beginning of each educational unit, when the student moves from school to school, from class to class, and in other necessary cases. This assessment conducted by the teacher aims to collect information about the student's knowledge and skills and determine the learning strategy. The results of the diagnostic assessment are not recorded in the school journal.

The article will play a major role in developing the diagnostic assessment skills of mathematics teachers and increasing their professionalism.

Keywords: mathematics, in-school assessment, diagnostic assessment, methods, means


Məlahət Abdullayeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti

pedaqogika üzrə fəlsəfə doktoru

azeriteacher@yahoo.com

https://orcid.org/0000-0002-2228-1224


Riyaziyyat dərslərində diaqnostik qiymətləndirmənin təşkili metodikası


Xülasə

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ qiymətləndirmə növlərindən istifadə etməklə həyata keçirilir.

Məqalədə məktəbdaxili qiymətləndirmənin diaqnostik növündən, istifadə olunan üsul və vasitələrdən, onların təşkili texnologiyasından bəhs edilir. Diaqnostik qiymətləndirmə müəllimə şagirdlərin güclü və zəif tərəflərini, onların bilik və bacarıqlarının mövcud vəziyyətini müəyyən etməyə imkan verən ilkin qiymətləndirmədir. Bu qiymətləndirmə dərs ilinin əvvəlində, birinci və ikinci semestrdə, hər bir tədris bölməsinin əvvəlində, şagird məktəbdən məktəbə, sinifdən sinfə keçərkən və digər zəruri hallarda aparılır. Müəllim tərəfindən aparılan bu qiymətləndirmə şagirdin bilik və bacarıqları haqqında məlumat toplamaq və təlim strategiyasını müəyyən etmək məqsədi daşıyır. Diaqnostik qiymətləndirmənin nəticələri məktəb jurnalında qeyd edilmir.

Məqalə riyaziyyat müəllimlərinin diaqnostik qiymətləndirmə bacarıqlarının inkişaf etdirilməsində və peşəkarlığının artırılmasında böyük rol oynayacaqdır.

Açar sözlər: riyaziyyat, məktəbdaxili qiymətləndirmə, diaqnostik qiymətləndirmə, metodlar, vasitələr


Baxış: 93