https://doi.org/10.36719/2706-6185/39/47-54

Qərənfil Rzayeva 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 

Ağcabədi filialı

qerenfilrzayeva40@gmail.com


Məmməd Araz yaradıcılığında Azərbaycançılıq ideologiyası


Xülasə

Məqalədə Xalq şairimiz Məmməd Arazın mənsub olduğu xalqa dərin məhəbbəti, vətənpərvərlik ideyaları fonunda Azərbaycançılıq ideologiyasının mühüm aspektləri işıqlandırılmışdır. Azərbayca­nın poetik dünyasına xidmət, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirmək şairin yaradı­cılıq qayəsi, vətəndaşlıq məramı kimi dəyərləndirilmişdir. 

M. Araz yaradıcılığının əsasını, başlıca ideyasını vətənə sədaqət və xalqa dərin məhəbbət təşkil edir. Şair üçün Vətən – doğma ata ocağı, el-oba qədər əzizdir. Vətən vüqarlı dağlar, bar-bərəkətli torpaqlar, gur suları torpaqların bağrını sərinlədən Kür, Arazdır. Xalqını dərin məhəbbətlə sevən şairin əsərlərini oxuduqca gözlərimiz önündə bütöv Azərbaycanın ən kamil, bitkin, dolğun poetik obrazı canlanır.

Millilik və müstəqillik, azadlıq düşüncəsinin ayıq, fəal vətəndaşlıq mövqeyinin şeirdə bənzərsiz ifadəsi Məmməd Araz sənətinin mayasını, cövhərini təşkil edir desək, yanılmarıq. O, sözün həqiqi mənasında böyük istiqlal şairidir. Xalqın milli birliyi, mənəvi bütövlüyü, azadlıq yanğısı M. Araz şeirinin əsas ilham qaynağı kimi diqqətimizi çəkir. Bəzi məqamlarda şairin poeziyası Azərbaycan tarixinin bugünkü gənclik üçün qaranlıq qalan məqamlarına işıq salan poeziyadır. 

Açar sözlər: Azərbaycan, millilik, Məmməd Araz, Azərbaycançılıq ideologiyası, milli düşüncə, vətənpərvərlik, sənətkar qayəsi, motiv, ədəbi ünvan, poeziya, vətəndaş-şair


Garanfil Rzayeva

Agjabadi branch of

Azerbaijan State Pedagogical University

qerenfilrzayeva40@gmail.com


The Ideology of Azerbaijanism in the Creation of Mammad Araz


Abstract

The article highlights the important aspects of the ideology of Azerbaijanism against the background of the deep love of the people to whom our People's Poet Mammad Araz belongs, the ideas of patriotism. Service to the poetic world of Azerbaijan, fulfillment of civic duty to the Motherland was valued as the poet's creative goal, civic goal.

Loyalty to the motherland and deep love for the people are the basis and main idea of M. Araz's work. For the poet, the homeland is as dear as the fatherland of the dogma, the village. The homeland is the Kura, Araz, with its majestic mountains, fertile lands and abundant waters that cool the soil. As we read the works of the poet, who loves his people with deep love, the most perfect, exhausted, full poetic image of the whole of Azerbaijan comes to life before our eyes.

It is safe to say that the unique expression in the poem of nationalism and independence, the idea of freedom, sober, active citizenship is the essence of Mammad Araz's art. He is a great poet of Independence in the true sense of the word. The national unity of the people, moral integrity, the fire of freedom attract our attention as the main source of inspiration for M. Araz's poetry. At some points, poet's poetry is a poetry that sheds light on the dark moments of Azerbaijan's history for today's youth.

Keywords: Azerbaijan, nationality, Mammad Araz, ideology of Azerbaijanism, national thought, patriotism, artist's rock, motive, literary address, poetry, citizen-poet


Baxış: 98