https://doi.org/10.36719/2706-6185/41/78-83

Günel Mustafayeva 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası

mustafayevagunel90@gmail.com


Ətraf mühit hüququ: dayanıqlı inkişafın hüquqi çərçivəsi


Xülasə

“Ətraf mühit hüququ: dayanıqlı inkişafın hüquqi çərçivəsi” məqaləsində ətraf mühit hüququnun əhəmiyyətini və insan fəaliyyətinin ekosistemlərə təsirini tənzimləyən hüquqi çərçivəni müzakirə edilir. Ətraf mühit hüququ, ekosistemlərin mühafizəsi və insanın təbiətlə qarşılıqlı əlaqələrinin tənzimlənməsi məqsədini güdür. Bu sahənin inkişafı, qlobal miqyasda 1972-ci ildə Stokholm Konfransında təsdiqlənmiş prinsiplərlə başlayır. Məqalədə çirklənmə, təbii resursların idarə edilməsi, biomüxtəlifliyin qorunması və iqlim dəyişikliyi ilə mübarizə kimi əsas sahələr araşdırılır. Eyni zamanda beynəlxalq konvensiyalar, o cümlədən Ramsar və UNESCO Dünya İrsi Konven­siyaları, ətraf mühitin mühafizəsi üçün əsas hüquqi bazanı formalaşdırır.

Məqalə həmçinin Azərbaycan Respublikasının Konstitusiyasında və Ətraf Mühitin Mühafizəsi qanununda ətraf mühit hüquqlarının tanınmasını və mühafizəsinin əhəmiyyətini vurğulayır. Dövlətin ekoloji tarazlığın qorunması, resursların səmərəli istifadəsi və vətəndaşların hüquqlarının təmin olunması məqsədilə həyata keçirdiyi tədbirlər də izah edilir. 

Açar sözlər: ətraf mühit hüququ, ekosistemlərin mühafizəsi, təbii resurslar, Stokholm Bəyan­naməsi, dayanıqlı inkişaf


Gunel Mustafayeva 

The Academy of Justice of the Ministry of Justice of the Republic of Azerbaijan 

mustafayevagunel90@gmail.com 


Environmental Law: The Legal Framework for Sustainable Development


Abstract

In the article “Environmental Law: The Legal Framework for Sustainable Development,” the importance of environmental law and the legal framework regulating the impact of human activities on ecosystems is discussed. Environmental law aims to protect ecosystems and regulate the interactions between humans and nature. The development of this field began with the principles established at the Stockholm Conference in 1972 on a global scale. The article examines key areas such as pollution, natural resource management, biodiversity conservation, and combating climate change. Additionally, international conventions, including the Ramsar Convention and the UNESCO World Heritage Convention, form the legal basis for environmental protection.

The article also highlights the recognition of environmental rights in the Constitution of the Republic of Azerbaijan and the importance of their protection under the Law on Environmental Protection. It explains the measures taken by the state to ensure ecological balance, efficient use of resources, and the protection of citizens' rights.

Keywords: environmental law, ecosystem protection, natural resources, Stockholm Declaration, sustainable development


Baxış: 42