https://doi.org/10.36719/2706-6185/41/84-88

Pərvanə Qasımova 

Azərbaycan Dövlət Pedaqoji Universiteti

aamrahli@mail.ru

https://orcid.org/0000-01234-5657-8898


Folklor janrlarının mövzusu


Xülasə

Folklorun həyati məzmununu xalqın həyat gerçək­likləri təşkil etməkdədir. Yuxarıda da qeyd olunduğu kimi, insan həyatı beşikdən məzara qədər folklorla əlaqəlidir. Bu əlaqə dolayı deyil, birbaşadır. Başqa deyilişlə, folklorun insan həyatındakı situasiyalarla sıx bağlıdır və onun üzvi bir his­səsidir. Beşik başında layla çalınır, məzar başında ağı deyilir; dünyaya gələn də, dünyadan gedən də oxşanır, əzizlənir. Həyatı və ölümü birləşdirən belə ümumilik, xalqın yaradı­cılığında xalqın vəhdət fəlsəfəsi kimi seçilir. 

Folklor mövzularını həyatdan almışdır. Daha doğrusu, folklor janrlarının mövzu əsası həyat hadisələri üzərində yaranmışdır. Əski mədəniyyətdə sıx-sıx ritual hərəkətlərini müşayiət edən folklor nümunələri tədricən ondan ayrılır, mərasim mənşəyindən qopduqdan sonra mərasim mə­nasını itirir. Amma yenə də əski təntənəsi ilə olmasa da, başlanğıcda bağlı olduğu həyat ritmlərinin müəyyən bir situasiyası ilə əlaqəsini kəsmədən yaşamağa davam edir. Bir qisim folklor nümunələri də artıq arxiv materialı kimi qorunur və ya muzey eksponatına çevrilərək sərgilənir. Məqalədə folklor qədim mədəniyyət göstəricisi kimi araşdırılaraq təhlilə cəlb edilir. 

Açar sözlər: folklor, mədəniyyət, qədim, xalq, yaradıcılıq, janr, mövzu


Parvana Gasimova

Azerbaijan State Pedagogical University

aamrahli@mail.ru

https://orcid.org/0000-01234-5657-8898


The Subject of Folklore Genres


Abstract

The vital content of folklore is formed by the realities of people's lives. As mentioned above, human life is related to folklore from the cradle to the grave. This connection is not indirect, but direct. In other words, folklore is closely connected with situations in human life and is an organic part of it. A lullaby is played at the cradle, a lament is said at the grave; both those who come into the world and those who leave the world are caressed and cherished. Such a commonality that unites life and death stands out as the philosophy of unity of the people in the creativity of the people.

Folklore took its themes from life. More precisely, the thematic basis of folklore genres was formed on life events. Folklore examples that accompanied dense ritual actions in the old culture gradually separated from it, and after breaking away from their ceremonial origins, they lost their ceremonial meaning. But still, although not with their old solemnity, they continue to live without severing their connection with a certain situation of the rhythms of life with which they were initially connected. Some folklore examples are now preserved as archive material or are exhibited as museum exhibits. The article examines and analyzes folklore as an indicator of ancient culture.

Keywords: folklore, culture, ancient, people, creativity, genre, theme


Baxış: 45