https://doi.org/10.36719/2706-6185/41/143-146
Əli Əhmədli
Bakı Biznes Universiteti
magistrant
aliaxmedli2002@gmail.com
Sənaye müəssisələrində pul vəsaitlərinin hərəkəti və təhlilinin
nəzəri aspektləri
Xülasə
Bazar münasibətləri şəraitində sənaye müəssisələrinin uğurlu fəaliyyəti mövcud resurslarından, xüsusən də pul vəsaitlərindən səmərəli istifadə ilə bilavasitə bağlıdır. Sənaye sferasında sahibkarlığın inkişafı, müəssisələr arasında birbaşa təsərrüfat əlaqələrinin intensivləşdirilməsi, məsrəflərinin minimuma endirilməsinin vacib olduğu bir şəraitdə pul vəsaitlərinin hərəkətinin optimallaşdırılması kimi məsələlərin həlli mühasibat uçotu və iqtisadi təhlilin yeni prinsiplər əsasında qurulmasını zəruri edir.
Bu baxımdan məqalədə pul vəsaitlərinin uçotu və təhlilinin bir sıra nəzəri məsələləri iqtisadi ədəbiyyatlara istinadən tədqiq edilmişdir. Eyni zamanda məqalədə müasir şəraitdə sənaye müəssisələrində pul vəsaitlərinin uçotu və təhlilinin nəzəri aspektləri tədqiq edilmişdir. Sənaye müəssisələrinin mövcud pul vəsaitlərindən səmərəli istifadənin optimallaşdırılmasının vacibliyi göstərilməklə həlli istiqamətləri nəzəri baxımdan əsaslandırılmışdır.
Açar sözlər: sənaye müəssisələri, pul vəsaitləri, pul vəsaitlərinin ekvivalentləri, nağd vəsaitlər, hesablaşma hesabı, pul vəsaitlərinin hərəkəti
Ali Ahmadli
Baku Business University
Master student
aliaxmedli2002@gmail.com
Theoretical Aspects of Cash Flow and Analysis in Industrial Enterprises
Abstract
In the conditions of market relations, the successful operation of industrial enterprises is directly related to the effective use of their available resources, especially cash. The development of entrepreneurship in the industrial sphere, the intensification of direct economic relations between enterprises, the solution of such issues as the optimization of cash flows in a situation where it is important to minimize costs require the establishment of accounting and economic analysis on the basis of new principles.
From this point of view, in the article, some theoretical issues of cash accounting and analysis were studied with reference to economic literature. At the same time, theoretical aspects of cash accounting and analysis in industrial enterprises in modern conditions were studied in the article. The solution directions of industrial enterprises are justified from a theoretical point of view, showing the importance of optimizing the effective use of available funds.
Keywords: industrial enterprises, cash, cash equivalents, cash, settlement account, cash flow