Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

N.X.Bağirova 
Azərbaycan Dillər Universiteti


MÜASIR İNGİLİS DİLİNDƏ GƏLƏCƏK ZAMAN FORMALARININ SEMANTİKASI


Açar sözlər: kateqoriya, zaman, nisbi zaman.
Key words: category, tense, relative tense
Ключевые слова:категория, время, относительное время


İngilis dilində futurallığın FSS-nin (funksional semantik sahəsinin) struktur modelini, futurallıq, modallıq arasında mövcud olan qarşılıqlı münasibətlərini, həmçinin ingilisdilli materialların əsasında aparılan futural situasiyalarının kommunikativ aspektlərini təhlil edərkən görürük ki, futurallığın formalaşmasında qrammatik vasitələr əsas rol oynayır və aparıcı yer tutur. Dil sistemində və kommunikasiya prosesində bu vasitələr söyləmin kateqorial semantikasının ifadə vasitələridir və cümlənin xarici sintaqmatik strukturunu formalaşdırır. 
Dilçilik ədəbiyyatlarından bəllidir ki, müasir ingilis dilində futurallığın qrammatik ifadə vasitələrinə aşağıdakı konstruksiyalar aiddir: 
1) “will” köməkçi feillə yaranan felin zaman kateqoriyası; 2) “mümkünlük, qabaqcadan demə, proqnozlaşma” və “güman etmə” mənaları ilə “would, can / could, may / might” modal fellər; 3) “zərurilik, vaciblik” mənaları ilə “must, need, to have to, ought to, shall / should” modal feillər; 4) “to be going to” feili ilə formalaşan futural konstruksiyası; 5) feillərin indiki zaman formaları - Present Continuous, Present Simple; 6) “to be likely to, to be about to, to be surely to, to be to” feilləri ilə formalaşan futural-modal konstruksiyalar; 7) “istək, arzu, niyyət, fikir, ümid, intizar” bildirən “to want, to wish, would like, to be eager, to long, to be willing, to intend, to strive, to expect, cannot wait, to hope, to look forward” feilləri ilə formalaşan konstruksiyalar; 8) “planlaşdırma” mənası olan “to plan, to schedule, to decide, to settle” feilləri ilə olan konstruksiyalar; 9) “məhkum, duçar edilmiş” və “zərurilik, labüdlük” mənaları olan “to tend, to doom, to be bound to” feilləri ilə olan konstruksiyalar; 10) “söz, vəd vermə” və “hədə, təhdid” mənaları olan “to promise, to threaten, to warn, to caution” feilləri ilə olan konstruksiyalar; 11) “coming, upcoming, expected” və başqa deyktik sifətləri ilə olan konstruksiyalar; 12) “bride-to-be, meeting to take place, soon-to-happen” felləri ilə formalaşan məsdər konstruksiyalar; 13) məqsəd bildirən məsdər konstruksiyalar, məsələn: “He went back to fetch some blankets”; 14) “there is / are to do” işarə edən konstruksiya; 15) “arzu, niyyət, məqsəd, meyl, səbəb” mənaları ifadə edən strukturlar: imperativ cümlələr, “to demand, to ask, to beg, to order” və s. feilləri ilə formalaşan konstruksiyalar. 


MƏQALƏNİ YÜKLƏ [423,43 Kb] (yüklənib: 30)
 


Baxış: 1 366
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]