Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

Ş. Agakişiyeva
Bakı Slavyan Universiteti


ANA DİLİ KURİKULUMLARINDA DİL QAYDALARININ ÖYRƏDİLMƏSİ


Ana dili kurikulumlarında dil qaydalarının öyrədilməsi probleminə çox geniş yer verilsə də, bu məsələ ilə bağlı nəzərdə tutulanları konkret şəkildə aşağıdakı kimi ümumiləşdirmək olar: şagird dil qaydalarının mənimsədilməsi zəminində “zəruri fonetik, leksik, qrammatik anlayışları izah edir, onları bir-birindən fərqləndirir, mülahizələrini müxtəlif üsullarla əsaslandırır və təqdim edir, şifahi və yazılı nitqində dilə aid qaydaları mənimsədiyini nümayiş etdirir [5, 15]. 
Dil qaydalarının yeri və əhəmiyyəti ana dili kurikulumlarının məzmun xətləri içərisində xüsusi olaraq qeyd olunur. Dil qaydalarının öyrədilməsi işi ibtidai sinif şagirdlərinin əsas fəaliyyət istiqamətlərindən biri kimi qiymətləndirilir. Şagirdlər dil qaydalarını mənimsəyərkən aşağıdakı keyfiyyətlərə yiyələnirlər:
- Dilin fonetik, leksik və qrammatik quruluşu ilə bağlı minimum bilikləri yığcam, sadə, aydın qayda və şərhlər formasında mənimsəyir;
- Orfoqrafiya və orfoepiya qaydalarına dair zəruri vərdişlərə yiyələnir;
- Durğu işarələrinin əhəmiyyəti, ondan düzgün istifadə olunması zərurətini dərk edir;
- Mədən nitq üçün vacib olan ntq bacarıqları formalaşdırılır;
- Bütün bunların təcrübədə tətbiqinə nail olunur.
İbtidai siniflər üçün fənn kurikulumlarında ana dili təlimində dil qaydalarının öyrədilməsindən əldə edilən təlim nəticələri həm ümumi, həm də hər bir sinif üzrə ayrıca müəyyənləşdirilmişdir. Ümum təlim nəticələri aşağıdakılar nəzərə tutulmuşdur:
Şagird:
- Yaş həddinə uyğun zəruri fonetik, leksik, qrammatik biliklərə yiyələndiyini nümayiş etdirir;
- Seçdiyi dil faktlarını qruplaşdıraraq təqdim edir;
- Dinlədiyi fikri anladığını nümayiş etdirir;
- Şifahi nitq bacarıqlarına malik olduğunu nümayiş etdirir;
- Qarşılaşdığı sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir;
- Oxu mexankasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir;
- Yazı texnikasına və vərdişlərinə yiyələndiyini nümayiş etdirir;
- Kalliqrafiya və orfoqrafiya qaydalarını gözləməklə müxtəlif növ yazılı çalışmalarını yerinə yetirir;
- Fonetik, leksik, morfoloji, sintaktik, orfoqrafik qaydaları mənimsədiyini nümayiş etdirir [6, 20].

MƏQALƏNİ YÜKLƏ [280,09 Kb] (yüklənib: 75)
 
Baxış: 2 009
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]