Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: E.Ağayev 

Açar sözlər:Xalidə Səfərova,Fransa,Paris,impressionizm,obraz,silsilə,rəng 
Key words: Khalida Safarova, France, Paris, impressionism, image, series, color
Ключевые слова: Халида Сафарова, Франция, Париж, импрессионизм, имидж, серия, цвет
 

XX əsrdən etibarən Azərbaycan rəngkarlığında mühüm yer tutan mövzulardan biridə xarici ölkələrə həsr edilən silsilə əsərlərdir.Rəssamlarımızın səyahət etdiyi ölkələrə müraciət etdiyi mövzular təsviri sənət tariximizdə mühüm yer tutur.Həmin bu əsərlərdə rəssamlarımızın öz baxışlarıyla yaratdığı kompozisiyalarda nəinki digər cərəyanların,texnikaların həmçinin öz metod və üsullarınıda əlavə edərək saysız-hesabsız əsərlər yaradıblar.
Öz mədəniyyəti ilə seçilən Fransa daima cərəyanların,üsulların və məşhur rəssamların yaşadığı ölkə olub.Xalidə Səfərova yaradıcılığında Paris mövzusunda yaratdığı silsilə əsərlər mühüm yer tutmaqla bərabər,bir-birindən rəng həllinə görə də fərqlənirlər.”Paris silsiləsi” onun yaradıcılığının son dövrlərini xüsusilə 80-90-cı illəri əhətə edir.Rəssam ruhən impressionist idi.Bu dəst-xətt onun yaradıcılığı boyu izlənilir.Uzun illər həsrəti ilə yaşadığı Fransaya gəlmək rəssamın yaradıcılığında yeniliklər olacağına bir işarə idi.O buranın təbiət mənzərələrini, tarixini,memarlığını və küçələrini öz fırçasıyla tamaşaçılarına çatdırır.


Baxış: 887