Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Nəzakət Rəcəb qızı Əsgərova
Açar sözlər: Azərbaycan dili, dərslik, dilçilik 
Key words: Azerbaijani language, textbooks of linguistics 
Ключевые слова: Азербайджанский язьıк, учебник, язьıкознание 
 
Test üsulu ilə qəbul imtahanlarının keçirildiyi son iyirmi ildə dərsliklərin elmi-nəzəri səviyyəsi yüksəlmiş, onlara bəzi yeni mövzular, materiallar daxil edilmiş, eyni zamanda tapşırıq və mətnlərin forma və məzmunu çağdaş ictimai quruluşa uyğunlaşdırılmışdır. 
Orta məktəb üçün “Azərbaycan dili” dərslikləri bütövlükdə müasir pedaqogika və metodika elmlərinin, habelə dilçilik elminin tələblərinə cavab versə də, bu dərsliklərdə bəzi qeyri-dəqiqliklər, ziddiyyətli fikirlər də müşahidə olunur. 
Bunlardan bəzilərinə nəzər salaq. 
V sinifin “Azərbaycan dili” dərsliyinin (Bakı, 2001) 150-ci səhifəsində oxuyuruq: I və II şəxslərə aid mənsubiyyət şəkilçilərini qəbul edən isimlər əşyanın, əsasən, insana mənsubluğu bildirir. Məsələn: 
Mənim həvəs-im, arzu-m; sənin həvəs-in, arzu-n; bizim həvəs-imiz, arzu-muz. 
III şəxsə aid mənsubiyyət şəkilçisini qəbul edən isim isə əşyanın insana deyil, başqa əşyalara da mənsubluğunu ifadə edə bilir; məsələn, Əlinin kitab-ı, ağacın budağ-ı və s. 


Baxış: 967