Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Solmaz Dadaş qızı Qurbanova 
Açar sözlər: ingilis dili, nitq, etimologiya, cəmiyyət, slenq. 
Key words: English language, speech, etymology, society, slang.
Ключевые слова: английский язык, речь, этимология, общество, слэнг.
 

Danışıq dilində qeyri-formal, bir-birini çox yaxşı tanıyan, eyni sosial qrupa mənsub olan insanlar arasında müəyyən sözlərdən istifadə edilir. Bu sözlərə «slenq» sözlər deyilir. Yaxın münasibətdə olmayan insanlarla ünsiyyət zamanı bu cür sözlərin işlədilməsi insanlar tərəfindən təhqir kimi qarşılana bilər. Slenq qeyri-formal dildir. Bir qayda olaraq, slenq sözlər ən çox yazıda deyil, danışıqda işlədilir. Slenq cəmiyyətin müxtəlif təbəqələri tərəfindən istifadə oluna bilər.
«Slenq» – dilin, müvafiq olaraq da nitqin ayrılmaz tərkib hissəsi olub, leksikologiyanın əsas, ən aktual və mübahisəli problemlərindən biridir. Slenq, leksikanın ədəbiyyat normalarına uyğun olmayan təbəqəsidir. Bəzi tədqiqatçıların fikricə, slenq ədəbiyyata yabançı olan, mədəni insanın nitqinə xas olmayan söz və ifadələrdir. Lakin buna baxmayaraq, bu gün slenqə insan fəaliyyətinin bütün sahələrində rast gəlmək mümkündür. Hal-hazırda, slenqdən radio və televizyada, mətbuatda, ədəbiyyatda, internet şəbəkəsində, hətta demək olar ki, bütün yaş dövrlərindən olan, müxtəlif sosial qrupa və sinfə mənsub olan insanlar arasında istifadə olunur.


Baxış: 1295