Açar sözlər: Tərcüməçi, şifahi tərcümə, tərcümənin psixologi aspektləri, diqqət,yaddaş, sinxron tərcümə, beyin yükü
Key words: translator, oral translation, psychological aspects of translation, attention, memory, synchronous translation, brain load
Ключебьıе слова: переводчик, устный перевод, психологические аспекты перевода, синхронный перевод, память, внимание загрузка мозга
Doğmа dilində fikirlərini səlis və qüsursuz ifadə etməyi bаcаrаn insаnlаr dаim digərlərindən bir аddım öndədirlər, ən böyük xoşbəxtlik isə digər xаlqlаrın dilində dаnışmаq, onlаrlа fikir mübаdiləsi аpаrıb, dаxili аləmini, dünyаgörüşünü zənginləşdirməkdir. Qeyd etmək lazımdır ki, şifahi tərcümə işinin mahiyyəti yekun tərcümə məhsulunu şifahi şəkildə təqdim etməkdən ibarətdir. Dinləmə və qavrama bacarıqları, insanlar qarşısında nitq söyləmə, səsləndirmə, diksiya bacarıqları, həmçinin uzunmüddətli və qısamüddətli yaddaşdan vaxtında, səmərəli istifadə etmək, şifahi tərcümə¬çiyə qoyulan mütləq tələbdir. Tərcüməçi hər halı ilə gərək işinin mahir ustası olsun.
Tərcümələr həmişə tərcümə tənqidi ilə müşayət olunmuş, tərcümə haqqında nəzəri fikir formalaşmışdır. Azərbaycanın görkəmli sənətkarları M.F. Axundov, A.Səhhət, C.Cabbarlı, M.Müşfiq, Ə.Cavad, S.Vurğun, S.Rüstəm, M.Rahim, R.Rza və onlarla ədiblərimiz tərcüməyə öz töhfəsini vermişlər.
Şifahi tərcümənin nəzəriyyəsində və nitq prosesinin inkişafında E.V. Alkina, R.K. Minyar–Beloruçev, L.S. Vıqotski, S.L. Rubinşteyin, А.N. Leontyev, N.İ. Jinkin və İ.A. Zimnyaya və bir sıra başqa dilçi alimlərin rolu çox böyük olmuşdur.