Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Rəna Firudin qızı Əmrahova
Açar sözlər: Tərcümə, ardıcıl tərcümə, qeydgötürmə qabiliyyəti, natiq nitqi, leksik üsul, presizion leksika, relyef sözlər 
Key words: translator, consecutive, interpretation, translation shorthand, orator vocabularu, presion words, relief words 
Ключевы слова: Перевод, последовательный перевод, переводческая скоропись, ораторская речь, лексический прием, прецизионная лексика, рельефные слова
 

Tərcümə insan fəaliyyətinin ən qədim növlərindən biri olmaqla çətin və çoxsahəlli prosesdir. Şifahi tərcümə, müxtəlif dillərdə danışan insanların ünsiyyət qurmaq ehtiyacından yaranmış və inkişaf etmişdir. Şifahi tərcümə şifahi nitqin tərcüməsidir və iki növə bölünür: ardıcıl və sinxron tərcümə.
Tərcümə zamanı natiqlə tərcümənin danışığı eyni zamanda baş verirsə, bu cür şifahi tərcümə sinxron, tərcüməçi çıxış edənin ardınca tərcümə etməyə başlayarsa belə tərcümə ardıcıl tərcümə adlanır. Ardıcıl tərcümə şifahi tərcümənin elə bir növüdür ki, natiqin nitqini dinləyərək qeydlər edir, natiq susduqdan sonra dilmanc qeydlərdən istifadə etməklə məlumatı dinləyicilərə çatdırır. Ardıcıl tərcümədən çox zaman qeyri - rəsmi və ya qismən rəsmi müzakirələr zamanı, tərcümənin peşəkar formasından dövlət orqanlarının, dövlət işçilərinın və fərdi şəxslərin müzakirələri, danışıqları zamanı istifadə olunur. Dilmanc məruzəçinin söylədiyi müəyyən nitq parçasını əvvəlcə eşidir, məruzə¬çi susduqda isə həmin parçanı olduğu kimi digər dilə çevirir. Ardıcıl tərcümə zamanı adətən natiq 1-5 dəqiqədən bir fasilə verir, mətnin tərcüməsi üçün şərait yaradır. Ardıcıl tərcümədə əsas məlumat şifahi nitqdə verilir, formalaşır, vaxt etibarı ilə iki fazadan ibarət olur.
1. Natiq danışır, tərcüməçi isə onun məlumatını qəbul edir,qeydlər aparır.
2. Tərcüməçi qeydlərdən istifadə etməklə, məlumatı dinləyiciyə çatdırır.


Baxış: 1417