Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Xuraman İbniyəmin qızı Məhərrəmova
Açar sözlər: Azərbaycan dilçiliyi, üslubiyyat, ədəbi dil, norma, funksional üslub, 
Key words: Azerbaijani linguistics, style, literary language, norm, functional style
Ключевые слова:Азербайджанское языкознание, стиль, литературный язык, норма, функциональный стиль
 

Azərbaycan dilçiliyində ötən əsrin 40-cı illərindən başlayaraq ədəbi dil sistemli şəkildə araşdırılmış, bir sıra tədqiqat işləri yazılmışdır. 20 il sonra isə üslubiyyat elminə həsr olunmuş ilk fündamental əsər, Ə.Dəmirçizadənin “Azərbaycan dilinin üslubiyyatı” adlı kitabı nəşr olunmuşdur. Bu kitabın arxasınca bir sıra əsərlər meydana çıxmağa başladı. Ş.Yusiflinin “Müasir Azərbaycan dilinin üslubi sintaksisi” (1973), T.Əfəndiyevanın “Müasir Azərbaycan dilinin leksik üslubiyyatı” (1973), Ə.Bağırovun “Azərbaycan dilinin qrammatik üslubiyyatı” (1984), K.Əliyevin “Azərbaycan ədəbi dili üslubiyyatının elmi əsasları” (1985) adlı doktorluq dissertasiyalarında demək olar ki, dilçilik üslubiyyatının bütün problemlərin əhatə edilir. Bundan sonra isə ədəbi dilimizin funksional üslublarının meydana çıxma dövrlərini əhatə edən T.Hacıyevin “Azərbaycan ədəbi dil tarixi” (Bakı, 1976). Ə.Dəmirçizadənin “Azərbaycan ədəbi dil tarixi” (Bakı, 1979), M.Cahangirovun “Milli təşəkkül mərhələsində Azərbaycan ədəbi dillərinin aparıcı üslubları” (Bakı, 1989), N.Xudiyevin “Azərbaycan ədəbi dili tarixi (1995) və A.Axundovun “Dilin estetikası” (1985) və T.Əfəndiyevanın “Azərbaycan dilinin bədii ifadə vasitələri” (1973) və “Azərbaycan dilinin üslubiyyat problemləri” (2001) kitablarını daxil etmək olar. Qeyd edək ki, üslubiyyatın əsas vəzifələrindən biri ədəbi dilin funksional üslubları, funksional üslubların nitq növlərini və onlar arasındakı əlaqələri öyrənməkdədir.


Baxış: 5571