Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Şikar Məhəmmədəli oğlu Qasımov
Açar sözlər: Heydər Əliyev, İlham Əliyev, milli təhlükəsizlik, siyasət, Milli Təhlükəsizlik Nazirliyi
Key words: Heydar Aliyev, Ilham Aliyev, national security, politics, the Ministry of National Security
Ключевые слова: Гейдар Алиев, Ильхам Алиев, национальная безопасность, политика, Министерство национальной безопасности
 

Azərbaycanın milli təhlükəsizlik orqanlarının keçdiyi çətin, eyni zamanda, şərəfli və fədakar yol çox əsrlik tariximizin əlamətdar səhifələrini təşkil edir. Siyasi quruluşdan asılı olmayaraq bütün zamanlarda təhlükəsizlik orqanlarının fəaliyyəti daim gərəkli olmuşdur. Müstəqilliyimizin və dövlətçiliyimizin qorunmasında və möhkəm¬ləndirilməsində müstəsna rol oynamış Azərbaycan milli təhlükəsizlik orqanlarının iştirakı ilə keçirilən belə tədbirlər bu baxımdan yalnız orqanın işçiləri üçün deyil, bütün ictimaiyyətimiz üçün, gənclər üçün də əlamətdardır. Belə ki, təhlükəsizlik sistemi demokratik-hüquqi cəmiyyətin etibarlı sipəridir, xalqın, dövlətin və hər bir fərdin təhlükəsizliyini təmin edir. Müstəqilliyini bərpa etməsindən cəmi iyirmi səkkiz il keçməsinə baxmayaraq, Azərbaycanın təcrübəsi sübut edir ki, milli maraqların qorunması, siyasi, iqtisadi, mədəni və digər sahələrdə təhdidlərin qarşısının qətiyyətlə alınması sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın başlıca təminatlarından biridir. Müstəqil¬liyimizlə bərabər böyüyən və inkişaf edən Azərbaycan milli təhlükəsizlik orqanları 100 illik şanlı tarixə malikdir.


Baxış: 1034