Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Əli Umud oğlu Əliyev
Açar sözlər: Respublika günü, Müstəqillik günü, “26-lar”, Xosrov bəy Sultanov, İstiqlal bəyannaməsi, Hərbi nazir, Əkinçilik naziri, General qubernator
Ключевые слова: День Республики, День Независимости, «26-ые», Хосров бек Султанов, Декларация Независимости, Военный Министр, Министр земледелия, Генерал губернатор
Key words: Republic Day, Independence Day, “26ths”, Khosrov bey Sultanov, Declaration of Independence, War Minister, Minister of Agriculture, General Governor
 

Türk müsəlman Şərqində ilk parlamentli respublika Azərbaycan Demokratik Respublikası olmuşdur. Təməli 1918-ci il mayın 28-də qoyulmuşdur. Odur ki, 28 May hər il Şimali Azərbaycanda Respublika günü kimi qeyd olunur. Həmin gün 1918-ci ildə Azərbaycan Milli Şurasının iclasında İstiqlal bəyannaməsi qəbul olunmuş, 26 nəfər millət fədaisi həmin bəyannaməni imzalamışlar. Odur ki, xalq arasında “26-lar” ifadəsi formalaşmışdır. “26-lar”dedikdə İstiqlal bəyannaməsinə qol şəkən 26 nəfər Azərbaycanın milli azadlıq hərəkatının fədailəri nəzərdə tutulur. Zənnimcə, sovet ideoloqları sovetlər dövründə xalqın qəlbində olan cümhuriyyət məhəbbətinin kölgəsində gizlənmək üçün “26-lar”ı “26 Bakı komissarları”, “28 May Cümhuriyyət günü”nü isə “28 Aprel” kimi təqdim edib, 70 il hakimiyyətdə olsalar da, xalq məhəbbətindən məhrum olmuşlar. Lakin xalq məhəbbəti qazanmış “26-lar” dedikdə İstiqlal bəyannamə¬sinə qol şəkən 26 nəfər Azərbaycanın milli azadlıq hərəkatının fədailəri nəzərdə tutulur. İstiqlal bəyannaməsini imzalayan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur.


Baxış: 994