Açar sözlər: məcaz, metafora,epitet, üslub, Bədii dil
Key words: prable, metaphor, epithet, style, figurative language
Ключевые слова: метафора, эпитет, стиль, образный язык
Dərsliklər şagirdlərdə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişləri, məntiqi təfəkkürü inkişaf etdirməli, inteqrativ xarakterli olmalı, demokratik dünyagörüşü formalaşdırmalıdır. Elə bu tələblərdən də çıxış etməklə dərsliklərin məzmununa nəzər salmağa çalışaq. Diqqətimizi əsas dərslik komplektinin məzmununda əksini tapmış məlumatların, sual və tapşırıqlar sisteminin şagirdlərdə bədii dillə bağlı bacarıqların formalaşdırılmasına necə xidmət etməsi işinə yönəldək. Dərsliklər hazırlanarkən əldə rəhbər tutulan məsələlərdən biri də dövlət təhsil standartlarının tələblərinin gözlənilməsidir.
Məlumdur ki, orta ümumtəhsil məktəblərinin V sinifləri variativ dərsliklə işləyirlər. V sinifdə bədii təsvir vasitələrindən – epitet və təşbeh üzərində iş aparılır. V sinif ədəbiyyat kitabının mündəricatına fikir versək görərik ki, bədii dil xüsusiyyətləri üzrə iş “Bədii əsərlərdə təsvir “ başlığından başlayaraq aparılır. Dərsliyə diqqət etsək görərik ki, bədii dillə bağlı çərçivələrdə müxtəlif suallar verilmişdir. Məsələn;
Əliağa Kürçaylı “Bakı” şeiri (dil xüsusiyyətlərin müəyyən edilməsi)
Nəğməsidir zavodların fit səsi ,
Suya düşüb buruqların kölgəsi.
Ətirlidir bağlarının meyvəsi ,
Ağ şanısı elə bil ki, şəkərdir.