Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Emil Raul oğlu Ağayev 
Açar sözlər: Vəcihə Səmədova, rəng, lirika, kompozisiya, mənzərə
Key words: Vaciha Samedova, color, lyrics, composition, landscape
Ключевые слова: Вичиxa Самедова, колорит, лирика, композиция, пейзаж
 

Azərbaycan təsviri sənətində elə qadın rəssamlar var ki, yaratdıqları əsərlərlə öz incə qəlblərindən keçən hissləri kətan üzərində fırçalarıyla əks etdiriblər. Belə qadın rəssamlarımızdan biri də Vəcihə Səmədovadır.
Vəcihə Səmədova “altmışıncılar” arasında dəst-xətt coşqunluğuna və sərbəstliyinə görə Toğrul Nərimanbəyovla müqayisə olunacaq bir rəssam olmuşdur. O, yaratdığı hər bir kompozisiyanı dəqiqliklə işləyirdi və rənglər vasitəsilə tamaşaçının gözü qarşısında sanki bir teatr səhnəsi yaradırdı. Rəssamın yaradıcılığında portret (xüsusilə qadın portretləri), mənzərə və natürmort janrları mühüm yer tutur. 
Rəssamın “Kürün sahilində” (1957) tablosunda sübh çağı, Kürün sahilində əyləşən uzunsaçlı qadın obrazı təsvir edilmişdir. Rənglərin bir-birini tamamlaması, mənzərənin düzgün işlənməsi əsərin daha baxımlı olmasını şərtləndirir. Diqqətçəkən əsas obraz isə sakit halda Kürü seyr edir. 1961-ci ildə çəkilmiş eyniadlı əsərdə isə rəssam istirahət edən qadınları bədii görüntüyə gətirmişdir. Kompozisiyanın ön hissəsində saçlarını qurudan qadın və onunla ünsiyyətdə olan bir neçə qadın təsviri əks olunmuşdur. Vəcihə Səmədovanın sadəliyi ilə seçilən qadın obrazları eyni zamanda geyimləri ilə də diqqət çəkir.


Baxış: 1022