Açar sözlər: rəsm, miniatür, rəssam, Şərq, orta əsr, incəsənət.
Ключевые слова: живопись, миниатюра, художник, восток, середине века, искусство.
Key words: painting, miniature, artist, east, medieval, art.
Orta Şərq ölkələrində bədii mirasın ən gözəl səyfələrini əl ilə yazılmış kitablar tutmuşdur. Şərq miniatürlərinin nə kimi xüsusiyyətləri var idi? -Aleksentsev ən yaxşı bu suala cavab vermişdir. Şərq miniatürun dünyası uydurulmuş reallığın və simvolikanın uyğunluğudur. Buradakı bütün obrazlar həyatın dolu sevinclərini əks etdirir. Məhz orta əsr Azərbaycan təsviri sənətinə dünya şöhrəti qazandıran miniatür sənətimiz olmuşdur. Şərq miniatürlərinin təsviri sənət tarixində böyük rolu var. Ən qədim nümunələrinə XIII əsrdən başlayaraq Təbriz miniatür məktəbi də daxil olmaqla biz bunlara nəzər yetirsək bunu açıq-aşkar görürük. Əsrlər boyu islam dini insan təsvirini qadağan etməsinə baxmayaraq, Azərbaycan rəssamları dünya incəsənətinin qızıl fonduna daxil olan dəyərli əsərlər yaratmışlar. Azərbaycan miniatürləri Yaxın və Orta Şərq xalqlarının incəsənəti tarixinin ən maraqlı səhifələrindən birini təşkil edir. Şərq xalqlarının miniatür sənəti klassik Şərq poeziyası ilə əlaqədə olmuşdur. Şərq poeziyası müsəlman Şərqinin miniatür sənəti üçün tükənməz mənbə olmuşdur. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdurki, Şərqdə minatür təsvirləri Xoyda, Mağarada, Təbrizdə yaradılmışdır. Şərq miniatür nümunələri öz orjinallığı ilə diqqəti çəkir. Bir çox şairlərin əsərlərinə illüstrasiyalar çəkilmiş və onlar murakka halında toplanaraq dövrümüzə qədər gəlib çıxmışdır.