Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Ülkər Rauf qızı Əmirova
Açar sözlər: heykəltəraş, incəsənət, İbrahim Zeynalov, Cəmilə Novruzova, sənətşünas.
Key words: sculptor, art, Ibrahim Zeynalov, Jamila Novruzova, art critic
Ключевые слова: скульптор, искусство, Ибрагим Зейналов, Джамиля Новрузова, искусствовед
 

Azərbaycan incəsənətinin tədqiqi sahəsində fəaliyyət göstərmiş görkəmli simalardan biri sənətşünaslıq doktoru, profeessor Cəmilə Novruzova olmuşdur. XX əsrdə Azərbaycan ərazisində fəaliyyət göstərən heykəltəraş və rəssamların yaradıcılığının öyənilməsi baxımından tədqiqatçı alimin elmi irsi olduqca əhəmiyyətli mənbədir. Cəmilə Novruzovanın yaradıcılığına nəzər saldıqda heykəltəraş İbrahim Zeynalov haqqında qeyd etdiyi dəyərli faktlar böyük maraq doğurur. [1]
Milli heykəltəraşlığımızın simalarından biridə məhz İbrahim Zeynalovdur. 1934-cü ildə Bakıda doğulmuş, Azərbaycanın adını həm vətənimizdə həm də xaricdə tanıdılmasında göstərdiyi xidmətlərə görə Xalq rəssamı adına və Az SSR Dövlət Mükafatları Dövlət Mükafatı laureatı kimi mükafatlara layiq görülmüşdür. Həqiqətən Respublikanın ən qabaqcıl təsviri sənət ustalarından biri olan heykəltəraşın ən yaxşı əsərləri Azərbaycanın monumental heykəltəraşlıq xəzinəsinə daxil olmuşdur. Heykəltəraş həm müasir və həm də qədim keçmişə aid öz həmyerlilərinin gözəl obrazlarını yaratmaqla yaradıcılığını davam etdirir. [2]


Baxış: 1207