Arxiv
ELMİ İŞ - 2025
Müəllif: Samirə Şamo qızı Nağıyeva
Açar sözlər: rəng, xalça, usta, ornament, xalq, qədim
Keywords: color, carpet, master, ornament, folk, ancient
Ключевые слова: цвет, ковер, мастер, орнамент, народ, древний
Açar sözlər: rəng, xalça, usta, ornament, xalq, qədim
Keywords: color, carpet, master, ornament, folk, ancient
Ключевые слова: цвет, ковер, мастер, орнамент, народ, древний
Bir-birinə zidd müxtəlif rənglərin ahəngdarlıqla işlədilməsi Azərbaycan xalçalarının tipik xüsusiyyətlərindəndir. Azərbaycan xalçaçılıq sənətinin rəng xüsusiyyətlərindən biri də budur ki, xalq ustaları rəng çalarlarının parlaqlıq və sönüklüyünü, təzadlığını, rəng qavranışı qanunlarını müasir elmi nöqteyi-nəzərdən olmasa da yaxından hiss etmişlər.
Adətən xalçaçılar qabaqcadan xalçanın nə məqsəd üçün istifadə ediləcəyini bilib, sonra onu rəngli iplərlə bəzəməyə başlayırdılar. Ustalar xalça üzərində rənglərin bölüşdürülməsində və gözəl görünməsində baxılan masafənin və habelə xalçanın formasının, ölçüsünün və rənglərinin bir-birinə nisbətini əsas götürürdülər. Çünki onlar bilirdilər ki, ilk nəzərdə mücərrəd və sxematik görünən rəngarəng xalça, palas və ya verni, rənglərin bir-birinə düzgün nisbəti nəticəsində uzaqdan baxdıqda daha bədii və real təsir bağışlayır və ya əksinə rənglərin bir-birinə nisbəri sayəsində uzaqdan pis, yaxından isə yaxşı görünür.
Baxış: 865