Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Gülşən Elşən qızı Qardaşova 
Açar sözlər: rəssam, miniatür, sənəşünas, rəngkarlıq,əlyazma
Key words: artist, miniature, art critic, painting, manuscript
Ключевые слова: художник, миниатюра, искусствовед, живопись, рцкопись
 

Kəmaləddin Behzad Şərq incəsənəti tarixində yarı əfsanə bir fiqurdur. Müasir dövrün tədqiqatçılarının onun haqqında yazdıqları fikirlər bizə söyləməyə əsas verir ki, Behzad çox sayda miniatür və təsvirlər işləmişdir. Lakin, bu əsərlərin çox az hissəsi dövrümüzə çatmışdır. Behzadın bədii nüfuzu o qədər yüksək idi ki, onun haqqında Dust Məhəmməd və Qazi Əhməd kimi sənət tarixçilərinin yazılarından məlumat alırıq. Ən etibarlı məlumat 1499 və 1524-cü ildə, Behzadın həyatı zamanı yaratdığı əsərlərdə, tanınmış tarixçi Xandəmir tərəfindən göstərilmişdir. [1]
Sənətkarın doğum tarixi dəqiq deyil və təxminən 1455-ci il ilə 1460-cı il aralığına aid edilir. Heç bir yerdə nəcib mənşəli sözlərdən bəhs etmədiyi üçün Behzadın yoxsul vətəndaş və sənətkar ailəsindən olduğuna inanılır. Tarixçilərə görə Behzad erkən yaşlarında valideynlərini itirib. Sultan Hüseyn Bayqaranın sarayında kitabdarın yüksək vəzifəsi - kitabxananın başçısı olan məşhur xəttat və sənətkar Mirək Nakkaş Xorasanidən təhsil almışdır. Bəzi mənbələr hesab edirlər ki, Behzadın müəllimi başqa bir sənətkar, Pir Seyid Əhməd Təbrizi idi.


Baxış: 1063