Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Kazımov Qəzənfər Şirin oğlu
Açar sözlər: Böyük Türk Xaqanlığı, Aşına tayfası, L.Qumilyov, türk dili, qədim türklər , Ön Asiya, türük 
Key words: Keywords: Great Turkic Kaganat, Ashina tribe , L. Gumilev, Turkic, ancient Turks, Front Asia, Turks
Ключевые слова: Великий Тюркский Каганат, род Ашина, Л.Гумилев, тюркский язык, древние тюрки, Передняя Азия, тюрюкки

Bizim dilçi və tarixçilərin əksəriyyəti bu fikirdədir ki, Mərkəzi Asiyada Böyük Türk Xaqanlığı (eramızın V- VIII əsrləri) dağıldıqdan sonra Oğuz tayfaları XI əsrdən başlayaraq tədricən Azərbaycana daxil olmuş, XIII əsrin birinci rübünün sonlarında gələn monqolların köməyi ilə Şimali Azərbaycan ərazisindəki ləzgidilli, Cənubdakı irandilli əhalini assimilyasiyaya uğradaraq türkləşdirmişlər. Bu cür düşüncə, yəni Şimali Azərbaycan əhalisinin ləzgidilli, Cənubun irandilli, türklərin isə assimilyasiya nəticəsi və gəlmə olduğu barədə fikir qəsdən və türkə yaramaz münasibətlə də bağlı ola bilər. Amma bizim fikrimizcə, bu, hər şeydən əvvəl, savadsızlıqla, bəşər tarixinə, bəşərin inkişaf yoluna bələd olmamaqla bağlıdır. Hələ də bir çoxları nəzərə ala bilmir ki, bəşərin doğuluşu Ön Asiya–Aralıq dənizi hüdudları ilə bağlıdır – vahid dil, ulu insan burada doğulmuş, Yer üzünə buradan

Baxış: 951