Arxiv
ELMİ İŞ - 2025
Müəllif: Əliyeva Pərixanim Nəbi qızı
Açar sözlər: feili sifət, substantivləşmə, morfoloji xüsusiyyətlər
Keywords: participle, substantiation, morphological features
Ключевые слова: глагол прилагательное, субстантивация, морфологические признаки

Azərbaycan ədəbi dilində feilin təsriflənən formaları ilə yanaşı, təsriflənməyən formaları da vardır ki, bunlar da məsdər, feli sifət və feili bağlamadır. Dilimizdə feili sifətə xas olan bir çox morfoloji xüsusiyyətlər vardır ki, onlardan biri də substantivləşmədir.
Substantivləşmə hadisəsi Azərbaycan dilində sifət, say və eləcə də felin təsriflənməyən formalarından biri olan feili sifətlərdə özünü göstərir. Felin təsriflənməyən formalarından biri olan feili sifət həm feilin, həm də sifətin əlamətlərini daşıyır. Belə ki, o feil kimi hərəkət bildirsə də, təsriflənən feillərdən fərqli olaraq əşyanın hərəkətlə bağlı əlamətini bildirir və əlamət bildirməsi baxımından sifətə bənzəyir ki, bu da onun sifət kimi substantivləşməsinə imkan yaradır.
Baxış: 3693