Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Abbaslı Türkan Qoca qızı
Açar sözlər: romantik, intiqam, azadlıq, Səlim, Şərq
Key words: romantic, revenge, freedom, Selim, East
Ключевые слова: романтик, месть, свобода, Селим, Восток


Bayronun dünyagörüşündəki ziddiyyətlər- fərdiyyətçilik, ümidsizlik, ekzotikaya aludəçiliklə yanaşı, üsyankar ruh, azadpərvərlik, məzlum xalqlara rəğbət hissi yaradıcılığının əsas xüsusiyyətləri olmuş, yaratdığı obrazlarda da öz əksini tapmışdır. Bayron şəxsiyyətə çox önəm vermiş, buna əsasəndə az sayda obrazlar yaradaraq əsərin bütün anlamını həmin şəxsiyyətlər vasitəsilə ifadə etmişdir. Bayronun yaratdığı əsas qəhrəmanlar tək mübarizə aparır, sonda elə  bu mübarizədə öldürülürdülər. Buna görə də, bu qəhrəmanlar ədəbiyyatda “Bayronik qəhrəman” adlandırılırdı. “Abidos gəlini” əsərinin “Bayronik qəhrəman”ı Səlim idi. Şair bu poemasında Səlimin nitqinə daha çox yer vermişdir. Əsərdəki əsas hadisələr- azadlıq mübarizəsi, intiqamın alınması, sevgiliyə qovuşmaq istəyi bütün bunlar hamısı Səlimin ətrafında cərayan edirdi. İngilis, bir xristian olmasına baxmayaraq, Bayronun yaratdığı bu qəhrəman əsl müsəlman, bir türk idi. 


Baxış: 2715