Arxiv
ELMİ İŞ - 2025
Müəllif: Abduyeva Leyla Vidadi qızı
Açar sözlər: Meksika, ABŞ, NAFTA, miqrasiya, sərhəd
Key Words: Mexico, USA, NAFTA,Migration, Border,Drug Cartel
Ключевые словa: Мексика, США, НАФТА, Миграция, Граница, Наркокартель
Məqalədə müzakirə olunan əsas mövzulardan biri NAFTA-nın Meksika-ABŞ münasibətlərindəki roludur.İki ölkə arasındaki münasibətlərin inkişafında regional təşkilat olan NAFTA-nın müstəsna rolu olmuşdur.1980-cı illərə qədər idxalata əsaslanan və qapalı bir iqtisadi model ilə idarə olunan Meksika 1980-cı illərdən sonra açıq iqtisadi modelə keçmişdir.Bununla da ixracata əsaslanan istehsal sisteminə keçərək xarici kapitallara daha çox yer ayırmağa başladı.Bu mərhələdə Meksika ilə ABŞ-ın iqtisadi münasibətləri inkişaf etmişdir.1990-cı illərdən etibarən iki ölkə arasında ticarətin sərbəstləşdirilməsi haqqında müzakirələr ortaya çıxmışdır.Müzakirələrdə əsas məqsəd Meksikanın inkişaf etmiş,yüksək əmək haqqına sahib olan ABŞ və Kanada iqtisadiyyatına inteqrasiyasının və sərbəst ticarətinin təmin edilməsi idi.Müzakirə olunan digər bir mövzu isə iki ölkə arasında yaşanan immiqrasiya problemidir.
Baxış: 1159