Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Mahmudova Vusalə Valeh qızı
Açar sözlər: məktəbəqədər, sosial, prinsip, şəxsi,uşaq
Key words: pre -school, social , principle, private,child
Ключевые слова:дошкольное, социальное, принципы, личностное, ребенок
 

Uşaqların sosial şəxsi inkişafı nə cür baş verir?
Bu istiqamətdə aparılan işlərin əksəriyyəti uşaqların uşaq bağçasında olduğu zaman ərzində aparılmışdır. 
Uşaqlarla iş səhər yığıncağından başlanır ki, bu zaman uşaqlarla emosional əlaqə yaradılır, söz ehtiyatı zənginləşdirilir, uşaqlara bir-biri ilə qarşılıqlı təsirdə olmaq öyrədilir, hər bir uşağa seçilən mövzu haqqında bildiklərini söyləmək imkanı verilir. Yığıncaq salamlaşma ilə başlanır. Salamlaşma zamanı uşaqlar bir-birini gördüyünə görə sevinc hissini və yaxud yoldaşlarından birinin gəlmədiyinə görə təəssüf hissini ifadə edirlər. Salamlaşma müxtəlif cür həyata keçirilə bilər, məsələn: müxtəlif dillərdə salamlaşma, musiqili salamlaşma, jestlərlə salamlaşma və s. Yığıncağın əsas elementlərindən biri də qarşılıqlı şəkildə komplimentlərin söylənilməsidir. Kompliment əhvalı qaldırır və bizi sonrakı fəaliyyətə stimullaşdırır.


Baxış: 970