Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Əhmədli Ayşən İntiqam qızı
Açar sözlər: tərbiyə, əxlaq, davranış, uşaq, norma
Key words: upbringing, morals, behavior, child, norm
Ключевые слова: воспитание, нравственность, поведение, ребенок, нормa
 

Tədqiqatlar göstərir ki, məktəbəqədər yaşlı uşaqların əxlaqi davranışlarında şüur həlledici qüvvəyə malik olduğunda şüur çox vaxt uşağın pis rəftara yol verməsindən sonra fəaliyyətə başlıyır. Uşağın nəyin pis, nəyin yaxşı olması haqqında təsəvvürləri onun təcrübəsi, həyəcanları ilə sıx əlaqəlidir. Uşağın müşahidə etdiyi faktlar, obrazlı təəssüratlar və s. ilə bağlı olan hərşey əsasən ona anlaşıqlı olur. Uşaq üçün xarakterik olan təfəkkür konkretliyi bununla izah edir. Respublikamızda 1998-ci ildə qəbul edilən "Məktəbəqədər müəssilərdə tərbiyə və təlim proqramı"nda uşaqların əxlaq tərbiyəsinə verilən tələblər xeyli təkmilləşdirilmiş, uşaqlarda milliyin, insanpərvərliyin, qarşılıqlı xeyirxahlıq münasibətlərinin, kollektivçiliyin əsası üzrə tərbiyə işinin məzmunu dəqiqləşdirilmiş, onlarda yüksək mənəvi keyfiyyətlərin formalaşması üçün normaların məzmunu konkretləşdirilmiş, uşaqların və aparılan işlərin qrupdan-qrupa zənginləşməsi, inkişafı nəzərə alınmışdır.


Baxış: 6369