Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

Əliyeva Pərixanım Nəbi qızı 
Bakı Slavyan Universitetinin


FEİLİ SİFƏTİN MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ


Açar sözlər: feili sifət, substantivləşmə, morfoloji xüsusiyyətlər
Key words: participle, substantiation, morphological features
Ключевые слова:глагол прилагательное, субстантивация, морфологические признаки


Azərbaycan ədəbi dilində feilin təsriflənən formaları ilə yanaşı, təsriflənməyən formaları da vardır ki, bunlar da məsdər, feli sifət və feili bağlamadır. Dilimizdə feili sifətə xas olan bir çox morfoloji xüsusiyyətlər vardır ki, onlardan biri də substantivləşmədir.
Substantivləşmə hadisəsi Azərbaycan dilində sifət, say və eləcə də felin təsriflənməyən formalarından biri olan feili sifətlərdə özünü göstərir. Felin təsriflənməyən formalarından biri olan feili sifət həm feilin, həm də sifətin əlamətlərini daşıyır. Belə ki, o feil kimi hərəkət bildirsə də, təsriflənən feillərdən fərqli olaraq əşyanın hərəkətlə bağlı əlamətini bildirir və əlamət bildirməsi baxımından sifətə bənzəyir ki, bu da onun sifət kimi substantivləşməsinə imkan yaradır. G.Abdullayeva yazır ki, “əşyanın hərəkətlə bağlı əlamətini bildirən təsriflənməyən feil formasına feili sifət deyilir. Feili sifət həm feilin, həm də sifətin xüsusiyyətlərini daşıyır. Feili sifətlərdə feilə məxsus cəhətlər bunlardır: şərti olaraq zaman bildirir: daşmış (keçmiş z.) çay, danışan (indiki z.) tələbə, deyiləsi (gələcək z.) söz, və s. təsirli və təsirsiz olur: yazını yazan (təsirli), şəhərdə yaşayan (təsirsiz), növ bildirir: aldığım meyvə, açılan səhər, deyilən söz, ağlaşan uşaqlar və s. təsdiq və inkarda olur: yetişmiş-yetişməmiş (meyvə)” (1, s. 85). Feli sifətin sifətə bənzər xüsusiyyətlərindən biri də onun aid olduğu sözdən əvvəl gəlməsi, sintaktik baxımdan təyin olması və necə? nə cür? hansı? Suallarına cavab verməsidir. Ancaq feli sifət feilə məxsus əlamətləri də bildirərək zaman, növ də bildirir. Q.Kazımov feili sifətdən bəhs edərkən qeyd edir ki, “feili sifət feilin artibutiv-adyektiv formasıdır. Yəni feillər “feili sifət şəkilçiləri” adlandırdığımız bir sıra şəkilçiləri qəbul edərək, feillik xüsusiyyətlərini saxlamaqla yanaşı, sifətlərə yaxınlaşır, sifət xüsusiyyətləri də qazanır” (2, s. 276). Doğrudur, sifət feil kimi zaman bildirir, ancaq feili sifətlərdə zaman anlayışını ifadə etmək üçün xüsusi şəkilçi yoxdur, onlarda zaman anlayışı feili sifət şəkilçilərinin semantikası ilə əlaqəlidir. Məsələn, -an2 feili sifət şəkilçisi indiki zamanı, -mış4 feili sifət şəkilçisi keçmiş zaman, -malı2, - acaq2, -ası2 şəkilçiləri isə gələcək zaman bilidirir.


MƏQALƏNİ YÜKLƏ [154,24 Kb] (yüklənib: 63)
 


Baxış: 3 725
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]