Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Abdullayeva Güllü Bayram qızı
Açar sözlər: tərcümə prosesi, sənətkar tərcüməçi, peşəkar tərcüməçi
Key words: the translation process , artistic translator, professional translator
Ключевые слова: переводческий процесс, заслуженный перевод профессиональный переводчик
 

Tərcümə prosesinin mədəni kontekstlərin birləşdirilməsi kimi dərk edilməsi xüsusən bədii mətnin tərcüməsi baxımından aktualdır. Digər mətn növlərindən fərqli olaraq, bədii mətn hər şeydən əvvəl milli mədəniyyətin, yalnız sonra dilin fenomenidir. Bədii ədəbiyyat tərcüməçisinin fəaliyyəti, beləliklə, bədii nümunələri meydana gətirən və onları mənimsəyən mədəniyyətin təsirindən asılıdır.
Əvvəllər bədii tərcümə proses kimi nəzərdən keçirilərkən tərcüməçinin yaradıcılıq fəaliyyətinə diqqət yetirilirdi. Məhz onun istedadı, yaradıcı potensialı bədii tərcümə prosesində müvəffəqiyyətin əsası və təminatı hesab olunurdu. “Bədii tərcümə prosesi sənət deyil, yaradıcılıqdır” tezisi onu nəzərdə tuturdu ki, tərcüməçi olmurlar, tərcüməçi doğulurlar. Bədii tərcümə sahəsində aparılan araşdırmalar daha çox təcrübi və tətbiqi mahiyyət daşıyır və nəzəri əsaslara malik deyildi. Bu məqamda prof. Ağamusa Axundovun fikirləri maraqlı olar. O, tərcüməçiləri iki qismə ayırmışdı – sənətkar tərcüməçilər və peşəkar tərcüməçilər: “Sənətkar tərcüməçi deyəndə xüsusi bədii yaradıcılıq istedadı, yüksək yazıçılıq-şairlik qabiliyyəti olanları, peşəkar tərcüməçi deyəndə isə, ümumiyyətlə, dilləri bilən, lakin özləri bədii əsər yazmaqla az məşğul olan, yaxud heç məşğul olmayan mütəxəssisləri” nəzərdə tutur [1, Цит. по: Nəbiyev B. səh. 75].


Baxış: 1039