Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Quliyev İbrahim Nəsir oğlu 
Açar sözlər: Əfşar, Nadir şah, Astrabadi, lüğət, türk dili, leksika, qrammatika 
Key words: Afshar, Nadir Shah, Astrabad, Dictionary, Turkish language, vocabulary, grammar
Ключевые слова: Афшар, Надир шах, Астрабади, словарь, туркский язык, лексика, грамматика
 

Şah İsmayıl Xətaidən sonrakı Səfəvilər, Əfşarlar və Qacarlar dövründə adıçəklən dövlətlərdə fars dili üstün mövqeyə yiyələnsə də, o türk dilindən ayrı mövcud deyildi. Bu dövrdə türk dil vahidlərinin fars dilinə nüfuz etməsi nəticəsində fars dili inkişaf edir, zənginləşir və kamilləşirdi. Doğrudur, Azərbaycan dilində işlənən fars və ərəb sözləri kifayət qədər ətraflı tədqiq olunsa da, fars dilində türk sözləri az araşdırılmışdır. Baxmayaraq ki, fars dili qrammatik struktur baxımından fərqli linqivistik xüsusiyyətləri özündə əks etdirsə də, soz ehtiyatı onu daha çox türk dilinə yaxınlaşdırmışdır. Ümumiyyətlə, orta çağ Yaxın Şərq dillərini leksik baxımdan bir-birindən ayırmaq çox çətindir, demək olar ki, elə bir mətn yoxdur, o, linqivistik baxımdan sinkretik xüsusiyyət daşımasın. Türk dilinin fars dilinə təsirinin araşdırılması baxımından Nadir şah Əfşarın katibi, tarixçisi və Əfşariyyə dövlətinin xarici işlər naziri olmuş Mirzə Mehdi xan Astrabadinin əsərlərini (doğum ili məlum deyil, vəfat tarixi 1761-1766 (h.q.1175-1180-ci illər arası güman edilir))araşdırmaq çoxlu faktlar verir.. Bəri başdan qeyd edək ki, Mirzə Mehdi xan zəmanəsinin çox görkəmli şəxsiyyəti olmuş və fars dili ilə yanaşı, türk və ərəb dillərini mükəmməl bilmişdir. Tanınmış İran alimi, Mirzə Mehdi xan Astrabadinin həyat və yaradıcılığını tədqiq etmiş Seyid Əhməd Ənvar haqlı olaraq yazır: “Mirzə Mehdi xan ərəb və türk dillərinin çox dərin bilicisi olan alimlərdən biri olmuşdur və buna heç bir şəkk və şübhə yoxdur. “Dürreyi-Nadiri”də ərəb dilindən heyrətamiz istifadə və “lüğəti-Sənglax” kitabının türk dilində yazılması bu müddəanın ən yaxşı sübutudur” (1, 9)


Baxış: 924