Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Qaçayeva İlahə Yaşar qızı 
Açar sözlər: Allah ,aşıq, aşiq, buta, məşuq, məhəbbət, təsəvvüf, ürfan, dastan, dərviş, pəri, müqəddəs, hicran, ruh, yol
Key words: God, ashug, ashug, buta, mashug, love, sufism, wisdom, epos, dervish, fairy, separation, holy, spirit, way
Ключевые слова: Бог, ашугом, ашуг, бута, машуг, любовь, суфизм, мудрость, эпос, 
дервиш, фея, разделение, святой, дух, путь
 

Azərbaycan aşıq yaradıcılığında buta elementi ürfani düşüncənin əsas simvollarından biridir. Buta öz mənşəyini qədim folklordan götürür. Nağıllarımızda beşikkəsmə, göbəkkəsmə kimi ünsürlər qohumlararası birliyin əsas vasitəsi kimi diqqəti cəlb edirsə, butavermə sevənlər arasında sosial-mənəvi birliyin ilahi eşq formasında təsbit olunmasında, daha üstün şəkildə ürfani düşüncədə bəşəri məhəbbətin Allaha eşq məzmununda qəbul edilməsində üzə çıxır.
Azərbaycan dastanlarında butavermə ikitərəfli olur. Dərviş, seyid, Həzrət Əli, Xızır və b. butanı həm oğlana, həm də qıza içirdir. Bu hadisə yuxuda baş verir.Bu yuxu adi deyil, ilahi yuxudur. Aşiq haqq yuxusundan ayılandan sonra ilk dəfə əlinə saz alır, dediklərini ata-anası, yaxın adamları qavraya bilmir. Məhz bu prosesdən sonra aşiqə vergi verilir, bunun sayəsində gizli sirləri aça bilir.


Baxış: 973