Açar sözləri: Azərbaycan, Qaçqın, Məcbun köçkün, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, ATƏT, Qaçqınkom, BMT
Key words: Azerbaijan, Refugee, IDP, UN High Commissioner for Refugees, OSCE, UNHCR, H.ALİYEV
Ключевые слова: Азербайджан, Беженцы, ВПЛ, Верховный комиссар ООН по делам беженцев, ОБСЕ, УВКБ ООН, ООН
XX əsrin əvvələrindən başlayaraq qaçın problemi ilə qarşılaşan dünya birliyi Qaçqınların müdafiəsi və onlara yardım göstərməsi funksiyasını öz üzərinə götürmüşdür. Müasir dünyamızda insanlar daha təhlükəsiz firavan şəraitdə yaşamalıdırlar. Bəli yaşamalıdırlar. Çox təəsüf edici haldır ki, müharibələrin baş verməsi qaçqın və məcburi köçkün ordusunun formalaşması dünyanın qlobal problemlərindən biridir. Qaçqın və məcburi köçkün problemi dünyanı öz ahuşuna alıb desem yanılmaram. Qaçqın və Məcburi köçkün problemi Azərbaycan Respublikasından yan keçməyib. Tarixə nəzər salsaq görərik ki, 1905,1918-1920,1948 və soncu etnik təmizlənmə 1988-1993 cü illər ərzində baş vermişdi. Ermənistan Respublikasının etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından qovuldular. Daha dəqiq desek deportasiyaya məruz qalıblar. İyirmi bir il ərzində ölkə əhalisinin təbii artımı 100:1faizə nisbətinə əsasən qaçqın və məcburi köçkünlərin sayı da artıb ilə 10min artmaqla bu rəqəm bir milyon 200 minə çatıb.(1-1)Azərbaycanda hər 8 nəfərdən biri qaçqındı. Azəbaycan vətəndaşları öz torpaqlarında məcburi köçkünə çevrildi. Dövlətimiz üçün çox acınacaqlı məsələdir. Hər bir qaçqın pənah apardığı ölkə üçün kifayət qədər problem yaşadır.