Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Xəlilova Şəlalə Elman qızı
Açar sözlər: Qlobal dünya, Əsrin müqaviləsi, Azərbaycan, kontrakt
Key words: The Global world, The contract of the century, Azerbaijan, the contract 
Ключевые слова: Глобальный мир, Контракт Века, Азербайджан, контракт
 

Yanacaq-enerji sərvətlərindən səmərəli istifadə və qlobal yanacaq-enerji kompleksinin inkişafı müasir dünya iqtisadiyyatında mühüm starateji əhəmiyyət daşıyır. Bu sektorda baş verən kataklizmlər, inkişaf meylləri yalnız ayrı-ayrı ölkələrin deyil, bütövlükdə planetin enerji təhlükəsizliyinin təminatına təsir göstərir. Müasir zamanda sivilizasiyanın dayanaqlığını, sosial-iqtisadi dirçəlişi yanacaq-enerji sərvətləri olmadan təsəvvür etmək çətindir. Lakin artan inteqrasiya prosesləri, nəqliyyatın, məhsuldar qüvvələrin inkişafı beynəlxalq əmək bölgüsünü dərinləşməsi ilə müşayiət olunaraq yanacaq-enerji sərvətlərindən də biçimli istifadənin imkanlarını genişləndirir. Bütün bunlara baxmayaraq, yanacaq-enerji sərvətlərinin coğrafi yerləşməsi amili, dünya yanacaq-enerji kompleksinin inkişaf meyilləri geoiqtisadi müstəvidə mühüm prioritet olaraq, həm ölkə, həm də qlobal və regional aspektdə strateji təhlil obyektinə çevrilir. Dünya yanacaq-enerji kompleksinin inkişafının dünya iqtisadiyyatındakı rolunun tədqiqi də aktual məsələ kimi mühüm elmi əhəmiyyət kəsb edir.


Baxış: 1117