Açar sözlər: Xəzər dənizi, status, kondominimum, SSRİ, İran, tarix
Key words: Caspian Sea, status, condominium, USSR, Iran, history
Ключевые слова: Каспийское море, статус, кондоминиум, СССР, Иран, история
Tarixi sənədlər göstərir ki, XVIII əsrin əvvəllərində Rusiya İranı və Xəzər dənizinin İran hissəsini xarici ərazi kimi qəbul edirdi, Təxminən 1701-ci ildə Böyük Pyotr Artyom Volınski adlı şəxsi İrana səfərə göndərir və ona Xəzər ətrafınan məlumat toplamağı göstəriş verir. Eyni zamanda, Xəzərin şərq sahilinə knyaz Berkoviç-Çerkasskinin başçılığı altında rus ekspedisiyası gəlir. Səfərlərin nəticəsi olaraq, ticarət haqqında saziş imzalanmışdır ki, bu da rus tacirlərinə İranda ticarət etmək hüququ verirdi. O zaman, Rusiya İranın Xəzər sahilinə olan hüququnu tam tanıyırdı və bu ərazilərdə hansısa bir hüquq almaq üçün İranla saziş bağlamağın vacibliyini anlayirdı. 1721-1722-ci illərdə rus qoşunları, əfqan üsyanlarının yatırılması bəhanəsi ilə İranın Xəzərətrafı rayonlarına doğru irəliləməyə başladılar. Rusiyanin İrandakı konsulu Semyon Avraamov göstəriş aldı ki, İrana göstərilən hərbi yardımın əvəzində şərt olaraq Xəzər sahilindəki bəzi ərazilər Rusiyaya verilsin. Aydındır ki, o zaman, Rusiya Xəzərin İran ərazisi olduğuna şübhə etmirdi.