Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Əlili Allahverdi Elşən oğlu
Açar sözlər: turizm, turist, servis, keyfiyyət, infrastruktur, dövlət siyasəti, dövlət büdcəsi, iqtisadiyyat, məşğulluq
Key words: tourism, tourist, service, quality, infrastructure, state policy, state budget, economy, employment
Ключевые слова: туризм, турист, сервис, качество, инфраструктура, государственная политика, государственный бюджет, экономика, занятость

 
Son dövrlərdə iqtisadiyyat sahəsində xidmətlərin əhəmiyyəti xeyli dərəcədə artmışdır. Bu, bir neçə amillə bağlıdır: 
-istehsalın mürəkkəbləşməsi və gündəlik tələb olunan mallar ilə bazarın yüksək şəkildə təmin olunması; 
-xidmətlər sahəsində yeni fəaliyyət sahələrinin yaranmasına səbəb olan ETT və s. Müasir dövrdə xidmətlər texniki baxımdan məhsulların satışının yüksək səviyyəli xidmət tələb edən əmtəə ticarətinə böyük təsir edir. 
Hazırda dünyada birbaşa xarici investisiyaların 40%-dən çoxu bilavasitə xidmət sahəsinə qoyulur, inkişaf etmiş ölkələrin ÜDM-də xidmətlərin payı 70% dən artıqdır, eyni zamanda, xidmət sahəsində çalışanların sayı da gündən-günə artır və demək olar ki, yeni yaradılan iş yerlərinin artımının 80- 90%-i xidmət sahəsinin payına düşür. Xidmətlərin beynəlxalq səviyyədə satışında liderlik əsasən telekomunukasiya, maliyyə, informasiya, təhsil və 3 səhiyyə xidmətləri göstərən inkişaf etmiş Şimali Amerika, Avropa ölkələri, Yaponiya, Çin və Cənubi Koreya ölkələrinin payına düşür. Bu ölkələrin payına xidmətlərin beynəlxalq satışının 50%-dən çoxu düşür. İnkişaf etməkdə olan ölkələrin xidmətlərin beynəlxalq ticarətində xüsusi payı xeyli azdır, onların təklif etdiyi xidmətlər isə əsasən nəqliyyat, turizm və maliyyə (offşor) xidmətləri ilə bağlıdır. Hal-hazırda turizm sektoru ən sürətlə inkişaf edən sahələrdən birinə çevrilmişdir. Turizm sənayesinə hər gün milyardlarla dollar həcmində sərmayə yatırılır ki, bu da bu sahənin nə qədər inkişaf etdiyini göstərir. Turizmin inkişafının dövlət büdcəsinin formalaşması, yeni iş yerlərinin açılması, əhalinin gəlirlərinin artması, ölkənin dünyada daha da tanınması kimi istiqamətlərdə böyük əhəmiyyəti vardır. Azərbaycan dövləti tərəfindən turizm prioritet bir sahə seçilmiş və bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə bir sıra dövlət proqramları hazırlanmış, qanunlar qəbul edilmişdir. Bunların nəticəsi olaraq ölkənin turizm sənayesinə yerli və xarici investisiyaların axını başlamışdır.


Baxış: 1047