Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Müəllif: Məmmədli Minəvvər Naib qızı
Açar sözlər: turizm, turizm sənayesi, sosial-mədəni inkişaf , iqtisadi inkişaf, infrastrukturu
Key words: tourism, tourism industry, socio-cultural development, economic development, infrastructure
Ключевые слова: туризм, индустрия туризма, социокультурное развитие, экономическое развитие, инфраструктура
 

Azərbaycanda son dövrlərdə turizmin inkişafı nəzərə çarpacaq miqyasda artmışdır. Müasir dövrdə turizm fəal istirahətin geniş yayılan və kütləvi növü hesab olunur. Hər il daha çox insan səyahət həvəskarları sırasına qoşulur və turizm getdikcə daha çox yayılır. Turizm hal –hazırda şəxsiyyətin sosial-mədəni inkişaf vasitəsi kimi çıxış etməklə yanaşı,eyni zamanda ərazinin iqtisadi inkişafı üçün başlıca amil rolunu oynayır, bu və digər regionun müxtəlif istiqamətlərdə inkişafına təkan verir. Qeyd etmək lazımdır ki, turizm xidmətinə iqtisadi inkişaf amili kimi yanaşma ölkənin iqtisadi və maliyyə resurslarının daha səmərəli istifadəsi tələbini formalaşdırır.
Ölkəmizdə turizm mühiti tədricən formalaşır və genişlənir, müasir tələblərə uyğun formada təşkil olunur. Bununla paralel olaraq, turizmin maddi və maliyyə bazası, dövlət himayəsi və idarə edilməsi tələbi ortaya çıxır. Turizm daha çox asudə vaxtın dəyərləndirilməsi və rekreasiya məqsədi ilə istifadə olunan fəaliyyətdir. Ancaq eyni zamanda turizm sənayesi təhsil, tərəqqi və beynəlxalq əlaqələrdə sosial-mədəni inkişafın formalaşdırılmasında ciddi rola malikdir. Turizm fəaliyyəti nəticəsində insani dəyərlər, davranış və daha yaxşı həyat tərzi formalaşır. Həmçinin turizmlə bağlı fəaliyyətlər asudə vaxtın dəyərləndirilməsi imkanını təqdim edərək, insanlara yeni və fərqli istirahət imkanları təqdim edir.


Baxış: 1223